Kloppdan “Real Madrid” iddialarına sərt cavab: “Hamısı uydurmadır”
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Madrid nəhəngi "Real", "Liverpul"un sabiq çalışdırıcısı Yürgen Kloppu gətirməyə hazırlaşır.
Ölkə.az "Yeni Sabah"a istinadən xəbər verir ki, son günlər İspaniya və Almaniya mətbuatında Yürgen Kloppun "kral klubu"nun başına keçəcəyi ilə bağlı xəbərlər "bomba effekti" yaradıb. Hazırda "Red Bull" şirkətində qlobal futbol rəhbəri kimi çalışan 58 yaşlı mütəxəssisin yaydan etibarən məşqçilik fəaliyyətinə qayıdacağı iddia olunur.
Yayılan iddialara Kloppun özündən cavab gecikməyib. Alman mütəxəssis "Real Madrid"lə bağlı xəbərləri "uydurma" adlandırıb:
"Əgər "Real Madrid" mənə zəng etsəydi, bundan hamının xəbəri olardı. Amma bütün bunlar cəfəngiyatdır. Nə mənə, nə də agentimə bir dəfə də olsun zəng gəlməyib. Hazırda işimdən məmnunam, amma məşqçi kimi hələ karyeramı tam bitirməmişəm. Gələcəkdə nə olacağını isə zaman göstərəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 30 Mart 2026 06:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















