Icma.az
close
up
RU
Klublarımız sınaqlara “Sabah”la başlayır

Klublarımız sınaqlara “Sabah”la başlayır

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

4 komandamızın hər birinə “Sabahınız xeyir!” deyirik

Misli Premyer Liqasının sonuncu qalibi “Sabah” artıq bu gün UEFA Çempionlar Liqası turnirinin 1-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək. Sabah Konfrans Liqasında “Zirə”, iyulun 9-da isə Avropa Liqası turnirində “Qarabağ” qonaqlarını qəbul edəcəklər. Futbol ictimaiyyətimiz də, həmişəki kimi, onları fəal şəkildə, ən yüksək səviyyədə dəstəkləməyə hazırdır.

Beləliklə, “Sabah”–TNS (Uels). Görüş yeri Masazırdakı “Bank Respublika Arena”dır. Oyunda topa ilk zərbə saat 20-də endiriləcək. UEFA qarşılaşmanın hakimliyini Polşa Futbol Federasiyasının nümayəndələrinə həvalə edib.

Bütün yarışlarda uğurlu startın komandalara sanki əlavə güc, qol-qanad verdiyini hamı yaxşı bilir. İlk addımlar möhkəm olanda qarşıda səni gözləyən uzun və heç də hamar olmayan yolda özünü daha inamlı hiss edirsən. Sonuncu milli çempionatımızda ardıcıl qələbələr seriyası ilə özünə qarşı hətta bitərəf azarkeş rəğbətini qat-qat artırmış litvalı mütəxəssis Valdas Dambrauskasın komandası da, şübhəsiz, çempionlar meydanında elə 1-ci raundda sərrast zərbələrlə kəsərli sözünü deməyə çalışacaq. Əgər hər şey bizim düşündüyümüz kimi olsa, iyulun 14-də uzaq Uelsdə ispaniyalı hakimin iş başında olacağı 2-ci raundda da “Sabah”ın daha yaxşı döyüşəcəyinə ümid edə bilərik.

“Zirə”–“Torpedo” (Kutaisi). Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin startında qəsəbə komandamız sabah, iyulun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda rəqibi ilə münasibətləri aydınlaşdırmağa başlayacaq. Gürcüstanda, dövrünün məşhur futbolçusu olmuş Ramaz Şengeliyanın adını daşıyan stadionda cavab matçı isə iyulun 16-da keçiriləcək.

“Torpedo” Azərbaycanın futbol ictimaiyyətinin köhnə tanışıdır. İki ay əvvəl 80 yaşı tamam olmuş komanda keçmiş SSRİ çempionatlarında, gələn il erkən baharda 90 illiyini qeyd edəcəyimiz “Neftçi” ilə Kutaisidə və Bakıda dəfələrlə üz-üzə gəlmişdir. Bu gün isə Sumqayıtda Rəşad Sadıqovun komandasının qonağıdır. Görək rəqiblər çətin turnir məsafəsinin lap başlanğıcında azarkeşlərdə özləri haqqında necə təəssürat yaradacaqlar.

Burada 60 il əvvəl qeydə alınmış bir qələbəni öyünmək üçün yox, sadəcə, yeri gəlmişkən xatırlamaq olar ki, “Neftçi” SSRİ çempionatlarının güclülər dəstəsində ən gurultulu qələbəsini bürünc mövsümdə–1966-cı il iyulun 9-da Bakıda məhz Kutaisi “Torpedo” su üzərində qazanmışdır–7:0! Ancaq indi başqa zamandır, “Zirə” futbolçuları 2-ci təsnifat mərhələsində oynamağa torpedoçulardan daha çox layiq olduqlarını sübuta yetirmək üçün “doğma divarlar” arasında da, səfərdə də meydana yenilməz mübarizə əzmi ilə çıxmalı və bir an belə dayanmadan ağır rəqabətə tam hazır olmalıdırlar. Başqa yol yoxdur.

Konfrans Liqasında digər klubumuz, hazırda Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi”nin mübarizəyə bir qədər gec, 2-ci təsnifat mərhələsindən qoşulacağını, oyunlarının iyulun 23-də və 30-da keçiriləcəyini artıq bilirik. Rəqib 1-ci mərhələdə “Dinamo” (Minsk)–“Sileks” (Şimali Makedoniya) görüşlərinin qalibi olacaq.

Əgər “Dinamo” qalib gəlsə, SSRİ çempionatlarında “Neftçi” ilə görüşlərdən yaxşı yadımızda qalmış daha bir komandanın davamçısını tezliklə yenidən paytaxtımızda görə bilərik.

“Qarabağ”–“Vestri” (İslandiya), ötən mövsümdə Azərbaycan milli çempionatında gümüş mükafatla kifayətlənən, əvəzində UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməklə tarixinin ən parlaq səhifəsini yazan Ağdam komandası bu dəfə Avropa Liqasında hünər göstərməyə çalışacaq. Qurban Qurbanovun futbolçuları iyulun 9-da 1-ci təsnifat mərhələsinin ilk görüşündə sentyabr ayında 75 yaşı tamam olacaq Tofiq Bəhramov adına Respublika Stadionunda İslandiyanın “Vestri” klubunu sınağa çəkəcəklər. Saat 20-də başlanacaq oyunda ədaləti moldovalı hakimlər briqadası qoruyacaq. İyulun 16-da rəqib meydanında oynanılacaq görüş isə çexiyalı hakimlərə tapşırılmışdır.

Yeni mövsümdə sıralarında xeyli dəyişikliklər olmuş “Qarabağ”ın ilk rəsmi oyunda start heyətində məhz hansı futbolçulara yer veriləcəyi də maraqla gözlənilir. Hamımıza bir daha uğurlar!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 İyul 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri