Kobaxidze yenidən Gürcüstanın Baş naziri oldu
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
- +
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri postuna təyin edilib.
Tribunainfo.az “Kommersant”a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin deputatı səsvermə İrakli Kobaxidze başda olmaqla yeni hökumətin tərkibinə etimad göstərib.
Hökumətin yeni tərkibinin təsdiq edilməsinin lehinə 84 deputat səs verib, əleyhinə çıxış edən olmayıb.
Kobaxidzenin hökumətində 3 yeni nazir yer alıb. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilidir.
Xatırladaq ki, noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası keçirilib.
Onu da qeyd edək ki, 46 yaşlı İ.Kobaxidze cari ilin fevralından Gürcüstanın Baş naziri olub.
Baxış sayı:70
Bu xəbər 28 Noyabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















