Icma.az
close
up
RU
KOBİA: Dayanıqlı maliyyə sistemlərinin yaradılmasında rəqəmsal alətlərin rolu artmaqdadır

KOBİA: Dayanıqlı maliyyə sistemlərinin yaradılmasında rəqəmsal alətlərin rolu artmaqdadır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 24 iyun, AZƏRTAC

Bu gün rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin, blokçeyn həllərinin və rəqəmsal bankçılığın inkişafı ənənəvi maliyyə sistemlərinin strukturlarını əsaslı şəkildə dəyişməkdədir. Elektron hökumət, rəqəmsal bankçılıq və süni intellekt əsaslı xidmətlər artıq hər bir kəsin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilməkdədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə keçirilən "Fintex sammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, hər bir transformasiya prosesi kimi maliyyə texnologiyaları sahəsində də həm böyük imkanlar, həm də ciddi çağırışlar mövcuddur.

“Bu çağırışlar və trendlər yalnız texnoloji deyil, həm də iqtisadi, sosial və hüquqi aspektlərdən qiymətləndirilməlidir. Bu sahədə ən vacib çağırışlardan biri rəqəmsal təhlükəsizlik məsələsidir. Etimadının qorunması üçün informasiya təhlükəsizliyinin təmin edilməsi, rəqəmsal identifikasiya sistemlərinin təkmilləşdirilməsi zəruridir. Bununla yanaşı, tənzimləyici çərçivənin çevikliyidə aktual məsələdir. Finteks texnologiyaları ənənəvi bank sistemlərindən fərqli olaraq daha dinamik və yenilikçidir. Bu isə normativ hüquqi bazanın mütərəqqi və proaktiv olmasını tələb edir. Bir tərəfdən innovasiyalara geniş meydan verilməli, digər tərəfdən isə maliyyə dayanıqlılığı və istehlakçı hüquqları qorunmalıdır”, - deyə Orxan Məmmədov vurğulayıb.

KOBİA sədrinin sözlərinə görə, əhəmiyyətli trendlərdən biri də maliyyə inklüzivliyinin artırılmasıdır: “Rəqəmsal texnologiyalar vasitəsilə maliyyə xidmətlərinə çıxışı olmayan mikro və kiçik sahibkarların sistemə inteqrasiyası vacibdir. Lakin bu, eyni zamanda rəqəmsal savadlılıqsəviyyəsinin artırılmasını da tələb edir. Bundan başqa, ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinin finteks sektoruna inteqrasiyası da yeni bir tendensiyadır. “Yaşıl finteks” anlayışı artıq formalaşmağa başlayıb və dayanıqlı maliyyə sistemlərinin yaradılmasında rəqəmsal alətlərin rolu artmaqdadır. Bu isə texnologiyanın təkcə iqtisadi deyil, həm də ekoloji və sosial fayda üçün istifadə olunmasının vacibliyini ön plana çıxarır. Ölkəmizdə də bu sahədə mühüm addımlar atılmaqdadır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see310

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see179

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri