Icma.az
close
up
RU
Köhnə ilin son günləri və ya son mənzillər Tərlanə Yaqubqızı yazır

Köhnə ilin son günləri və ya son mənzillər Tərlanə Yaqubqızı yazır

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yenə də el dilində desək, papağımızı fırlatdıq, bir göz qırpımında il başa çatdı. Adama elə gəlir ki, bugün- sabah yola salacağımız köhnə ili sanki dünən yeni il kimi əzizləyib yeni arzular və ümidlərlə qarşılamışdıq. İndi də qarşıdan gələn yeni ili həmin qaydada qarşılamağa tələsirik. Amma " Tələsən təndirə düşər" məsəlinə bu məqamda barmaqarası baxmaq olmaz. Bir yandan da unudulmaz  şairimiz Cabir Novruzun "Tələsin, insanlar" şeiri yada düşür. 

Elə dekabrın 25- də Bakı- Qroznı reysi ilə uçan "Embraer 190" tipli təyyarənin həlak olan  sərnişinləri də "təndirə düşəcəklərini" ağıllarına belə gətirmədən "şadlıq görməyə", "deyib-gülməyə" tələsirdilər. Amma nə yazıq ki, onlara yeni ili qarşılamaq nəsib olmadı.

Çatdıqları yer isə bilet aldıqları məkan yox, haqq dünyası oldu.

Yeni il ərəfəsində bu faciə hamımızı üzdü, ölkədə matəm elan olundu. Elə bil 2020- ci ildən bu yana başı dik, məğrur gəzən qalib xalqımıza göz- nəzər dəydi. Müşahidə edirəm, heç kəsin üzündə bayram əhval- ruhiyyəsi yoxdur, elə bil hamı bu faciənin şokundadır. İş yerlərində, təhsil ocaqlarında, sosial şəbəkələrdə bir mövzu var: Günahkarlar tapılmalı və cəzalandırılmalıdır. Amma bir tamaşada deyildiyi
 kimi, "Hə, nə olsun?"

Gedən canlar geri qayıdacaqmı?

Bəlkə bizə qarşı bu təxribatı həyata keçirənlər düşünür ki, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına məruz qalan  xalqımızda artıq hər hansı bir faciəyə qarşı immunitet yaranıb? Allah betərindən qorusun, axı biz dözümlü xalqıq! 

Yaxud əksinə, qəzada həlak olan Hökümə Əliyevanın dediyi kimi, hər şey yaxşı olacaq?

Gözəl qızım, qoy ruhun məni bağışlasın, axı hər şey heç də yaxşı olmadı. 

Gəncliyim milli - azadlıq hərəkatı illərində keçsə də heç vaxt siyasətə qarışmamışam. Siyasət sözü mənə nədənsə həmişə dahi Hüseyn Cavidin "tülkü siyasilər" ifadəsini xatırladıb. Amma Cavid əfəndi bunu da yazıb ki:

    Kəssə hər kim tökülən qan izini,
    Qurtaran dahi odur yer üzünü.

Və mən bunu etiraf edirəm ki, bu cür dahilərin, dahi siyasətçilərin adını və əməyini danmaq olmaz.

Camaatın bayramını qara gətirən "tülkü siyasilər" isə Allahın lənətinə gəlsin!

Bəlkə də mətləbdən yayınıram, amma bu yaxınlarda qarşıma çıxan bir elan mənim onsuz da təlx olmuş ovqatımı bir az da qaraltdı, daha doğrusu, məni vahimələndirdi.

Siz Allah, elanda yazılana diqqət edin: " Son mənzilləri almağa tələsin!"

Hamımızın son dayanacaq yeri olan son mənzillər...

Yenə də bizi tələsdirirlər. 

Əlbəttə ki, söhbət hansısa tikinti şirkətinin satılmağa təhvil verdiyi hazır mənzillərdən gedir. Amma və lakin, axı son mənzil deyəndə istər- istəməz yada axirət evi düşür. Yenə də sağ olsun reklamı ərsəyə gətirənlər, heç olmasa fironluq edən kəslərə dünyanın fani olduğunu xatırladırlar.

Texniki tərəqqinin pik zirvədə olduğu əsrimizdə çoxbilmiş  Şaxta baba bu dəfə də hər cür qəzavü- qədəri gözə alıb Latlandiyadan marallar qoşulmuş xizəklə təşrif gətirəcək. Necə olsa, bizdən fərqli olaraq,  özününkilərinin xislətinə bələddir axı!

 Hə, uşaqların sevimli qocası, səndən xahişim budur ki, gələndə imkan olsa özünlə dünyamıza ədaləti və sülhü hədiyyə gətirəsən.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see489

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see183

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri