“Kokain az qala həyatıma son qoyacaqdı” Jardeldən şok etiraf
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qalatasaray”ın sabiq hücumçusu Mario Jardel futbolçu karyerası dövründə yaşadığı ağır günlərdən danışıb.
Apasport.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu İtaliyanın “La Gazzetta dello Sport” nəşrinə açıqlamasında narkotik istifadəsi səbəbindən ölümlə üz-üzə qaldığını etiraf edib.
Jardel yay tətilində başına gələn hadisəni xatırlayıb:
“Bir dəfə yay tətilində idim. Həmin dövrdə dopinq yoxlamalarının keçirilmədiyini bildiyim üçün kokain istifadə edə biləcəyimi düşünürdüm. Bu maddə mənə özümü canlı hiss etdirirdi. Bir dəfə düz bir həftə gözümə yuxu getmədi. Daha sonra həddindən artıq doza qəbul etdim və az qala həyatımı itirəcəkdim. Yanımda olan dostum məni ölümdən xilas etdi”.
Veteran futbolçunun narkotik asılılığı ilə bağlı problemləri futbolçu karyerasına da ciddi təsir göstərib. O, daha əvvəl verdiyi açıqlamalarda bu asılılıqdan qurtulmaq üçün uzun müddət mübarizə apardığını bildirmişdi.
Qeyd edək ki, Mario Jardel 2000/2001 mövsümündə “Qalatasaray”da çıxış edib. O, İstanbul təmsilçisinin 2000-ci ildə “Real Madrid”i 2:1 hesabı ilə məğlub etdiyi UEFA Superkuboku finalında hər iki qolun müəllifi olub. Ulduz futbolçu karyerası ərzində “Portu”, “Sportinq” və “Bolton” kimi klubların da formasını geyinib.
Türkiyə - Belçika matçı bu kanalda - TV AFİŞA “Qalatasaray”ın vitse-prezidenti: “Osimhenin zədəsi xroniki xarakter daşıyır” “Fənərbaxça”nın ulduzu Türkiyəyə qarşı oynamayacaq "Latsio"da yeni müqavilə Dirk Kuytdan ayrılıq açıqlaması: "Yenidən görüşəcəyik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 12 Noyabr 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















