Icma.az
close
up
RU
Kollina FIFA hakimləri barədə danışdı: Tramp və təhdid qalmaqalı

Kollina FIFA hakimləri barədə danışdı: Tramp və təhdid qalmaqalı

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) Hakimlər Departamentinin rəhbəri Pyerluici Kollinanın sözlərinə görə, heç kim dünya çempionatında ədalət təmsilçilərinin dürüstlüyünü şübhə altına ala bilməz.

Oxu.Az xəbər verir ki, bu barədə Pyerluici Kollina FIFA-nın mətbuat xidmətinə xüsusi açıqlama verib.

O bildirib ki, FIFA hakimləri heç bir kənar təsirə, hətta təşkilatın hazırkı prezidenti Canni İnfantinonun belə müdaxiləsinə boyun əymirlər.

"Əlbəttə ki, qərarların konstruktiv müzakirəsi hər zaman futbolun bir parçası olacaq, lakin əsassız ittihamların idmanımızda yeri yoxdur, - deyə Kollina vurğulayıb. - Heç kim dünya çempionatı matçlarını idarə edən hakimlərin dürüstlüyünü şübhə altına ala bilməz. Belə hallar baş verdikdə, bu, həm onların, həm də ailələrinin ünvanına təhdidlərə yol açan reaksiyalara səbəb ola bilər. Bu, qətiyyən yolverilməzdir".

Baş hakim daha sonra qeyd edib: "Eyni şəkildə, heç kim iddia edə bilməz ki, FIFA-nın hakimliyinə kimsə, hətta FIFA prezidenti Canni İnfantino belə təsir edə bilər. O bizim tam müstəqil şəkildə işləməyimizə etibar edərək, FIFA-nın hakimlər briqadasına həmişə hərtərəfli dəstək nümayiş etdirib. Hakimlər ədalətli qərarlar qəbul edirlər və futbolçular, eləcə də məşqçilər kimi, hər zaman əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar".

Xatırladaq ki, bir müddət əvvəl bir sıra referilər dünya çempionatı matçlarındakı qərarlarına görə ciddi tənqidlərə məruz qalmışdılar. Xüsusilə, Argentina və Misir yığmaları arasındakı 1/8 final oyunundan (3:2) sonra hakim Fransua Leteksye misirli azarkeşlərin təhdidləri səbəbindən sosial şəbəkə hesablarını bağlamalı olmuşdu.

Digər səs-küylü hadisə isə ABŞ millisinin hücumçusu Folarin Baloqana verilən qırmızı vərəqənin ləğv edilməsi olmuşdu. ABŞ Prezidenti Donald Tramp cəzanın ləğv olunmasını şəxsən İnfantinodan xahiş etmişdi.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri