Komissiya ictimaiyyətə geniş məlumat verəcək Spiker
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Dövlət komissiyası baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib ictimaiyyətə geniş məlumat verəcək.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb: “Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Prezident İlham Əliyevin sərəncamı ilə dünən ölkədə matəm elan edilmişdi. Dövlət başçısının sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradılıb. Komissiya baş vermiş faciəli hadisəni hər tərəfli araşdırıb, qəzanın səbəblərini dəqiq müəyyənləşdirib və ictimaiyyətə məlumat verəcək. Qəzada həyatını itirənlərə allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına baş sağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzu edirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Dekabr 2024 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















