Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Amnistiya aktı xalqa böyük hədiyyədir Afət Həsənova

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Amnistiya aktı xalqa böyük hədiyyədir Afət Həsənova

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda elan olunması gözlənilən növbəti amnistiya aktı Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqa ünvanlanan mühüm və dəyərli bir hədiyyədir.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Afət Həsənova bildirib.

Deputat qeyd edib ki, sözügedən amnistiya aktı xüsusi əhəmiyyət daşıyır və xalqımızın tarixində mühüm yer tutan “Konstitusiya və Suverenlik İli”nə həsr olunması ilə seçilir.

Onun sözlərinə görə, məhz bu səbəbdən amnistiya cəmiyyət üçün ikiqat sevinc mənbəyidir.

A.Həsənova bildirib ki, amnistiya aktının Vətən müharibəsində, eləcə də Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, həmçinin həmin müharibə və əməliyyatlar zamanı həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsi dövlətin şəhidlərin xatirəsinə dərin ehtiramının və müharibə əlillərinə göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Deputat vurğulayıb ki, bu amnistiya şamil olunduğu şəxslərin sayına görə indiyədək qəbul edilən ən genişmiqyaslı aktdır:

“Layihədə Vətən müharibəsində, 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin, eləcə də qadınların, 60 yaşdan yuxarı şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər kateqoriyalara aid insanların cəzadan və ya cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır”.

A.Həsənova bu addımı böyük humanist təşəbbüs kimi dəyərləndirib. Onun fikrincə, amnistiya aktı minlərlə insanı əhatə etməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin davamıdır. Deputat əlavə edib ki, bu aktın eyni zamanda tərbiyəvi mahiyyəti də var: törətdiyi əməldən nəticə çıxaran, peşmançılıq hissi keçirən şəxslərə dövlət tərəfindən bağışlanma imkanı yaradılır.

Sonda deputat amnistiyaya düşən şəxsləri bu humanist qərardan düzgün nəticə çıxarmağa və bundan sonra Azərbaycan Respublikasının qanunlarına hörmətlə yanaşaraq onlara əməl etməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri