Icma.az
close
up
RU
Konstitusiya və Suverenlik İli və Son zəng ikiqat sevinc FOTOLAR

Konstitusiya və Suverenlik İli və Son zəng ikiqat sevinc FOTOLAR

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

14 iyun 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Ağdaş rayon Kükəl kənd və Göyçay şəhər Nizami Gəncəvi adına 7 saylı Tam Orta Məktəblərinə səfər edərək “Son zəng” günündə təşkil olunan tədbirlərdə iştirak edib, bu unudulmaz gündə məzunları, valideyn və pedaqoji kollektivi səmimi qəlbdən təbrik edib.
Çıxışı zamanı gənclərimizə gələcək həyatlarında müvəffəqiyyətlər diləyən millət vəkili, onların müasir Azərbaycanın lokomotiv qüvvəsi olduğunu qeyd edərək, düzgün vətəndaş mövqeyi nümayiş etdirməklə bundan sonra Vətənimizin, xalqımızın, insanlarımızın rifahı naminə səy və bacarıqlarını əsirgəməyəcəklərindən əminliyini ifadə etdi.
M.Əfəndiyev 2025-ci ildə, “Konstitusiya və Suverenlik İli”ndə ölkəmizin hər bir yerində “Son zəng” gününün ikiqat sevinc hissi ilə qeyd olunduğunu bildirdi. Bu gün həm gənclərimizin əldə etdikləri bilik və bacarıqlarla yeni həyat yoluna qədəm qoymasını, valideyn və müəllimlərimizin yaşadıqları qürur kimi əvəzolunmaz hissləri özündə ehtiva edir, eyni zamanda suveren Azərbaycan Respublikasının hər bir şəhər, rayon və kəndində böyük fəxarət hissi ilə qeyd olunur.
Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, məzunlarımıza yeni çağırışları nəzərdən keçirərək təhsillərini davam etdirmələrini və düzgün peşəyə yiyələnmələrini arzuladı. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulandı.
Tədbirlər məzunlarımızın hazırladığı konsert proqramının nümayişi və xatirə şəklinin çəkdirilməsi ilə sona çatdı.
Tədbirlərdən sonra M.Əfəndiyev təhsil müəssisələrində məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri