Icma.az
close
up
RU
Kontakt Home un sahibi ilə iş adamı arasında qalmaqal 100 minlik avtomobil həbsdə qaldı (FOTOLAR)

Kontakt Home un sahibi ilə iş adamı arasında qalmaqal 100 minlik avtomobil həbsdə qaldı (FOTOLAR)

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün əvvəl Bakıda tuninq xidməti göstərən məşhur "Azart" şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulması haqqında xəbər vermişdik.

Xəbər yayımlandıqdan bir müddət sonra Arif Zeynalov "Qaynarinfo" ilə əlaqə saxlayaraq, bəzi yeni məlumatlar verdi. Onun sözlərinə görə, maşınlara həbs qoyulması hansısa banka kredit borcunun olması deyil. Səbəb onunla "Kontakt Home"un təsisçisi olan "ABC-Telekom" şirkətinin sahibi Fariz İstafilov arasında olan qalmaqaldır.

Qalmaqalın əsası isə hələ 2023-cü ildən qoyulub. Belə ki, o vaxt, Fariz İsrafilov "Azart" şirkətinə "Mercedes -Sprinter" markalı mikro avtobusun yığılıb tuning edilməsi üçün müraciət edir. Tərəflər müzakirələrdən sonra büdcəni (təxminən 60 000 ABŞ dolları) təsdiqləyirlər. Amma məbləğ böyük olduğu üçün, Arif Zeynalov materialların xaricdən gətirilməsi üçün avans istəyib.

"Fariz İsraifilov dedi ki, mən sənə bu avansı ancaq borc müqaviləsi ilə verə bilərəm. Mən dedim ki, niyə borc müqaviləsi, mən avans istəyirəm. O dedi ki, bu formal bir şeydir, bütün şirkətlərlə belə işləyirlər, sən əgər hər şeyi altı ay müddətində təhvil verəcəksənsə, problem olmayacaq. Düşündüm ki, bu boyda şirkət rəhbəri bizi aldatmaz və heç bir oyun qurmaz. Sonra öz maliyyə direktoru Bayramlı Müşfiq Elçin oğlunu yanına çağıraraq, ona tapşırdı ki, notariusa yollanın, Ariflə 6 aylıq borc müqaviləsi bağlayın, o pulu da verin, ehtiyyat hissələri alınsın.  Biz də getdik, pulu götürüb, sifarişləri verdik, ehtiyat hissələri 2 ay ərzində gəldi Azərbaycana. İş başladı. 6 ayın tamamında mən ölkədə deyildim, birdən mənə mesaj gəldi ki, Müşfiq Bayramlı məni borca görə məhkəməyə verib. Düşündüm ki, nə borc? Birdən yadıma həmin müqavilə düşdü. Zəng etdim, Fariz İsrafilov götürmədi, yığdım Müşfiq Bayramlıya, o da götürmədi..."- deyə A.Zeynalov baş verənlərin hardan, necə başladığını izah edir.


"Azart" sahibinin dediklərindən bəlli olur ki,  qarşı tərəf ona 76 500 manat ödəyib. Müqaviləyə görə, avtomobil 6 ay ərzində təhvil verilməliymiş. Amma materialların xaricdən tapılıb gətirilməsi isə təxminən 2 ay vaxt apardığı üçün, nəticədə avtomobilin təhvil verilməsi prosesi də bir neçə ay yubanmalı olur. Amma 6 ay vədini və ortadakı borc müqaviləsinin müddətini əsas götürən qarşı tərəf Arif Zeynalovu məhkəməyə verir və verilən bütün avansı geri tələb edirlər. Məhkəmə 3825 manat cərimə borcu və 342,45 manat dövlət rüsumu borcunu da ümumi məbləğə əlavə edərək, A.Zeynalovun qarşı tərəfə 80 000 manat ödəməli olması haqqında qərar çıxarır. A.Zeynalov bu məbləği ödəyə bilmədiyi üçün  Səbail rayon İcra Şöbəsi iş adamının bahalı avtomobillərinə - "Li L8 Pro Plug-in", "Chrysler" və BMW markalı nəqliyyat vasitələrinə həbs qoyur.


Maraqlıdır ki, A.Zeynalov "Mercedes" markalı avtomobilin yığılmasına 100 min manatdan çox xərc çəkildiyini, avtomobilin müəyyən gecikmə ilə olsa da təhvil verildiyini bildirir. O hesab edir ki, əvvəla, ortada heç bir borcdan söhbət gedə bilməz: "Bizə "Mercedes" markalı avtomobilin tuninq edilməsi üçün avans ödənilib, texniki səbəblərdən müəyyən gecikmə olsa da, avtomobil yüksək səviyyədə yığılaraq, təhvil verilib. Qarşı tərəf yerdə qalan ödənişi etməmək üçün belə bir addım atır. Təəssüf ki, məhkəmə gətirdiyimiz dəlilləri diqqətə almadan, şahidləri dinləmədən belə bir qərar qəbul etdi".

Qərardan narazı qalan Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri borc müqaviləsindəki məbləğdən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib. 


Məhkəmə "Li L8 Pro" markalı nəqliyyat vasitəsi üzərində həbs qərarını qüvvədə saxlasa da, digər iki avtomobili həbsdən azad edib.

Mövzu ilə bağlı mövqe bildirmək üçün "ABC Telecom"la əlaqə saxlasaq da, açıqlama vermək istəmədilər. Onlar məhkəmə qərarına heç nə əlavə etmək istəmədiklərini bildirdilər.

12 noyabr, saat 14:14

Bakıda tuninq xidməti göstərən məşhur "Azart" şirkətinin rəhbəri Arif Zeynalovun bahalı avtomobillərinə həbs qoyulub. 

Qaynarinfo-nun məlumatına görə, iş adamının həbs qoyulan avtomobilləri "Li L8 Pro Plug-in", "Chrysler" və BMW markalı nəqliyyat vasitələridir. 

Arif Zeynalovun banklardan birinə 2023-cü il tarixli kredit müqaviləsi üzrə 76500 manat əsas, 3825 manat cərimə borcu və ödənilmiş 342,45 manat dövlət rüsumu borcu var. Həmin ildən kredit borcunu ödəməyən iş adamının avtomobillərinə Səbail rayon İcra Şöbəsi tərəfindən həbs qoyulub. 


Arif Zeynalov özü də məhkəməyə müraciət edib. Bildirib ki, həbs qoyulan avtomobillərin ümumi dəyəri kredit müqaviləsi üzrə ondan tutulmalı olan pul məbləğindən dəfələrlə çoxdur. O, nəqliyyat vasitələri üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş edib. Bildirib ki, 80.000 manata yaxın borcu var, borcun hissə-hissə ödəməklə bağlı icra məmuru ilə danışacaq. Həmçinin qeyd edib ki, "Li L8 Pro Plug-in" markalı avtomobil kreditdədir, qiyməti 100.000 manatdan çoxdur, ödənilməyən isə 50.000 manat bank borcu var. BMW-ni atası, "Chrysler" markalı maşını isə özü idarə edir. Ona görə də yalnız "Chrysler" markalı markalı avtomobilin üzərinə həbs qoyulmasını istəyib. Yerdə qalan borcunu da hissə-hissə ödəmək niyyətində olduğunu bildirib.


Məhkəmə "Li L8 Pro Plug-in" markalı nəqliyyat vasitəsinin üzərinə qoyulan həbsi saxlayıb. İş adamının təqdimatının qalan hissəsi təmin edilməyib. 

Qeyd edək ki, "AZART Group”un təsisçisi və baş direktoru Arif Zeynalovdur. 

Məsələ ilə bağlı iş adamının özü ilə də əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.


Əhməd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri