Icma.az
close
up
RU
Könüllülük fəaliyyəti karyera yollarını müəyyənləşdirmək üçün geniş imkanlar yaradır

Könüllülük fəaliyyəti karyera yollarını müəyyənləşdirmək üçün geniş imkanlar yaradır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 31 yanvar, AZƏRTAC

7 saylı “ASAN xidmət” mərkəzində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Karyera üçün addım at” forumu keçirilib. Forumun keçirilməsində məqsəd gənclərin karyera inkişafına dəstək olmaq, onlara peşə seçimində yol göstərmək və iş dünyasının tələbləri barədə məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən forumda Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə çıxış edərək, gənclərin karyera inkişafına göstərilən dəstəyin önəmini vurğulayıb. O, Gənclər Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr və gənclər üçün yaradılan imkanlar haqqında məlumat verib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxışında könüllülük fəaliyyətinin gənclərə öz potensiallarını kəşf etmək, peşəkarlarla birbaşa ünsiyyət qurmaq və gələcək karyera yollarını müəyyənləşdirmək üçün geniş imkanlar yaratdığını qeyd edib.

Çıxışlardan sonra forumun əsas hissəsi olan panel müzakirəsi işə başlayıb. “Karyera səyahətində uğura aparan yol” mövzusunda keçirilən sessiyada “Gənc Xarici Dil Müəllimləri” Birliyinin sədri Günay Əkbərova moderator qismində çıxış edib. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və digərləri “Könüllülük və şəbəkələşmənin karyera inkişafında rolu” mövzularında fikirlər səsləndiriblər.

Panel müzakirəsi sual-cavab sessiyası ilə davam edib.

Forumda iştirak edən gənclər müxtəlif sahələr üzrə mütəxəssislərin təcrübələrindən yararlanıb, iş dünyasının tələbləri, uğurlu karyera yolları və fərdi inkişaf imkanları barədə ətraflı məlumat verilib. İştirakçılara sertifikat təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri