Koreya müharibəsində şəhid olan 4 türk əsgərinin qalıqları 75 ildən sonra təslim edilib
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Seuldakı səfiri Murat Tamer 25 iyun 1950-ci ildə başlayan Koreya müharibəsində şəhid olan 4 türk əsgərinin cənazəsinin tapıldığını və qalıqlarının qaytarıldığını açıqlayıb.
Xalqcəbhəsi.az-ın “TRT Haber”ə istinalad məlumatına görə, M.Tamer qeyd edib ki, Havaydakı DPAA Ofisi laboratoriyalarında ABŞ Müdafiə Nazirliyinə tabe olan hərbi əsir və itkinlərin hesabını aparan araşdırmada bir araya gətirilən skeletlərdən birinin türk olma ehtimalının təxminən 100% olduğunu müəyyən edib. Genetik və digər araşdırmalar digər üç skeletin də Anadolu mənşəli olduğunu müəyyən edib.
O bildirib ki, 4 şəhidin Türkiyə bayrağına bürünən qalıqları Havaydan şəxsi təyyarə ilə onlara və Koreya rəsmilərinə qaytarılıb. Təhvil-təslim zamanı BMT rəsmilərinin iştirak etdiyi mərasim keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 15 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















