Icma.az
close
up
RU
Korrupsiya, rəngli intilablar, narkotikli "inkişaf" USAİD in dəhşətli cinayətləri

Korrupsiya, rəngli intilablar, narkotikli "inkişaf" USAİD in dəhşətli cinayətləri

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Bu yaxınlarda fəaliyyəti dayandırılan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) formal olaraq müstəqil dövlət agentliyi hesab olunsa da, birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasının tabeçiliyində idi. Onun rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə ABŞ Prezidenti tərəfindən təyin olunurdu. Maliyyə vəsaitinin həcminə görə USAİD dünyanın ən öndə gedən təşkilatı idi. 2024-cü maliyyə ilində USAİD layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənib. Təşkilatın dünyanın 100-dən artıq ölkəsində nümayəndəliyi və 10 mindən artıq əməkdaşı var. Ehtiyacı olan ölkələrə humanitar yardım, iqtisadiyyat, səhiyyə, təhsilə, demokratiya sahələrinə dəstək vermək adı altında fəaliyyət göstərən USAİD əslində QHT və medianı qanunsuz maliyyələşdirməklə ölkələrin daxili işlərinə qarışmağa, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməklə məşğul olub.

ABŞ-nin yeni administrasiyası USAID-in fəaliyyətini kəskin tənqid edib. ABŞ Prezidenti Donald Tramp USAİD rəhbərliyinin "radikal dəlilər"dən ibarət olduğunu və Amerikanın onlardan qurtulacağını bildirib. ABŞ prezidenti USAİD-in audit məqsədilə 90 gün müddətinə bağlanıldığını elan edib.

Qeyd edək ki, ABŞ-nin Hökumətin Effektivliyi Departamentinə rəhbərlik edən İlon Mask USAİD-i COVİD-19-un patogenləri də daxil olmaqla bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. Mask USAİD-i “cinayətkar təşkilat” adlandırıb.

Bu arada USAİD-in Ermənistandakı fəaliyyəti də dayandırılıb. Qurumun Ermənistan ofisi maliyyədən məhrum olub, bütün proqramlar dondurulub. USAİD-in ABŞ Dövlət Departamenti ilə birləşdirildiyi deyilir. ABŞ Dövlət katibi Marko Rubio USAİD administratoru vəzifəsini icra edir. Təşkilatın təhlükəsizlik məsələləri üzrə 2 yüksək rütbəli işçisinin məzuniyyətə buraxıldığı qeyd olunub. Xatırladaq ki, 2-3 fevral tarixlərində USAİD-in həm rəsmi saytı, həm "X" sosial şəbəkə hesabı bağlanıb.

Hazırda Agentliyin veb səhifəsi yalnız ABŞ Dövlət Departamentinin saytı daxilində mövcuddur. Agentliyin sabiq rəhbərləri bu qərarın yanlış olduğunu, USAİD-in dünya üçün "əhəmiyyətli təşkilat" kimi fəaliyyət göstərdiyini, 100-dən çox ölkəyə, əlçatmaz ərazilərə yardımlar göndərdiklərini bildiriblər.

USAİD-in Azərbaycanda işləməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətinin dayandırılmasına dair ABŞ-yə rəsmən bildiriş göndərilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Politoloq Tural İsmayılovun sözlərinə görə, USAİD Amerika Birləşmiş Ştatlarının "rəngli inqilab ixrac edən fabriki" kimi tanınıb. Təşkilatın bütün fəaliyyəti ölkələrin daxili işlərinə qarışmaq, müxtəlif çaxnaşmalar yaratmağa köklənib:

“USAİD Donald Tramp və onun komandasının da etiraf etdiyi bir sıra illeqal fəaliyyətlərdə adı hallanan təşkilatdır. ABŞ-nin özündə aparılan araşdırmalar onu göstərir ki, doğurdan da USAİD-in fəaliyyəti çirkli və qaranlıq olub. Onun adı bir sıra qeyri-qanuni təşkilatlar və terror şəbəkələri ilə hallanır. Həmçinin USAİD Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə qanunsuz işlərlə məşqul olub. Ölkələrdə daxili vəziyyəti qarışdırmaq, ictimai xaos yaratmaq və fikir çaşqınlığı formalaşdırmaq üçün əlindən gələni edib. Hesab edirəm ki, USAİD kimi təşkilatların qeyri-qanuni fəaliyyətlərinin qarşısı vaxtında alınmalı idi”.

Politoloq Zaur Məmmədov deyir ki, dünyada qeyri-sabitlik ssenariləri, inqilablar və s həm də USAİD kimi müxtəlif qurumlar tərəfindən həyata keçirilirdi. İnsan haqları, demokratiya, humanitar məsələlər adı altında həm də əlavə olaraq siyasi məsələlərlə konkret olaraq USAİD məşğul olurdu. Bir çox beynəlxalq media qurumlarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barəsində, guya ki, müstəqil araşdırmalar aparan USAİD faktiki olaraq şantaj, ikili siyasət, manipulyasiya ilə məşğul olurdu:


“ABŞ açıq şəkildə USAİD-in əslində rüşvətxorluqla, çirkli pulların yuyulması ilə məşğul olduğunu bildirib. Bununla bağlı Amerikanın tərkibində çox ciddi ittihamlar səsləndirirlər. Bütün bunlar onu göstərir ki, zamanında Azərbaycan haqlı idi. Vaxtında bizim ölkəmiz deyəndə ki, USAİD üzərinə düşən öhdəlikləri yerinə yetirmir və s. inanmırdılar. Çox uzatmağa getmək lazım deyil, İkinci Qarabağa müharibəsində də USAİD necə ermənipərəst mövqedə olduğunu göstərirdi. Nikol Paşinyan Qarabağla bağlı fikirlər səsləndirmədiyi halda USAİD bununla bağlı fikirlər bildirərək, Azərbaycanı ittiham edirdi. Yəni bu həmin təşkilatdır. Ona görə də baş verənlər bir daha bu qurumu ifşa edir".

Millət vəkili Arzi Nağıyevin dediyinə görə, USAİD Azərbaycanda 34 il fəaliyyət göstərib. 90-ci illərin əvvəllərindən başlayaraq, Azərbaycan torpaqları işğal altında idi və USAİD dədə-baba torpaqlarından qaçqın düşən azərbaycanlıların üzləşdiyi problemlərinin həllinə soyuq yanaşırdı. İkinci Qarabağ müharibəsi zamanı USAİD-in dövlətimizə qarşı kampaniya aparması da yaddaşlardan silinməyib. Azərbaycanda oturub işğalçıların müdafiəsinə qalxırdılar:


“ABŞ-ın dövlət israfçılığı və korrupsiya ilə mübarizə aparan DOGE qrupuna rəhbərlik edən İlon Maskın USAİD-i “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırması da təsadüfi deyil. Mask bu təşkilatın müxtəlif qeyri-şəffaf fəaliyyətlərdə iştirak etdiyini də gizlətmir. Bioloji silahların hazırlanmasından tutmuş narkotik məhsulların istehsalına qədər maliyyələşdirdiyini açıq deyir. Azərbaycan isə USAID-in pozucu və səmərəsiz fəaliyyətini illər öncədən tənqid edirdi. ABŞ-da bu təşkilatla əlaqəli verilən son qərar haqlı olduğumuzu təsdiq edir”.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı müəyyən mətbuat orqanlarında ölkəmiz əleyhinə çirkin yazılar yayımlanır, bəzən isə böhtan atılırdı:


"Bu proseslərin kim tərəfindən həyata keçirildiyi bəlli olmasa da, məqsədli şəkildə edildiyi aydın görünürdü. İndi məlum olur ki, bütün bunların arxasında USAİD dayanırdı. Dünya real, obyektiv Azərbaycanı deyil, USAİD-in formalaşdırmaq istədiyi Azərbaycanı görməyə məcbur edilirdi. Lakin haqq-ədalət öz yerini tapdı.

USAİD-in fəaliyyətində qaranlıq məqamların olması əvvəldən də bəlli idi. Xüsusilə də Azərbaycandakı fəaliyyəti dövründə bir qayda olaraq hakimiyyətə müxalif mətbuat orqanları, QHT və siyasi dairələri maliyyələşdirməyə üstünlük verirdi. Bütövlükdə USAİD-in daxili siyasətə qarışmaq cəhdləri açıq-aydın görünürdü”.

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, USAİD ölkəmizdə baş tutan müxtəlif beynəlxalq tədbirlər zamanı öz təxribatlarını həyata keçirməyə çalışıb:


“Ermənistan və Gürcüstanla bağlı məsələlərdə də USAİD-in təxribatçı addımlarını gördük. Lakin ABŞ özü bu təşkilatı ifşa etdi və onunla bağlı məlumatları yaydı. Məlum oldu ki, bu təşkilat yardın adı altında təxribatla məşğul imiş”.

Sevinc,

BakuPost


QEYD:Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri