Kosmik mühərrikli Tesla Roadster avqust ayından tez nümayiş olunmayacaq
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"The Information" nəşrinin layihəyə yaxın mənbələrə istinadən yaydığı hesabata görə, "Tesla" şirkəti yeni nəsil "Roadster" elektromobilinin kütləvi nümayişini cari ilin avqust ayına və ya daha sonraya keçirib
Bu, ilk prototipi təxminən doqquz il əvvəl təqdim edilən idman avtomobili üçün növbəti təxirəsalınmadır. Texas ştatında keçirilməsi planlaşdırılan nümayişin əsas məqsədi "SpaceX" şirkəti tərəfindən sıxılmış hava ilə işləyən reaktiv sürətləndiricilər sistemini nümayiş etdirməkdir. "Tesla"nın iddialarına görə, bu texnologiya "Roadster"ə ekstremal sürətlənmə qabiliyyəti qazandıracaq və hətta onun yerdən qısa müddətli qopmasına (uçmasına) imkan verəcək.
Doqquz illik müddət ərzində "Roadster"in buraxılış qrafiki yerinə yetirilməyən vədlərin bariz nümunəsinə çevrilib. Şirkətin baş direktoru İlon Mask ötən ilin oktyabrında bəyan etmişdi ki, təqdimat 2026-cı il aprelin 1-də baş tutacaq. Lakin həmin tarix heç bir yenilik olmadan keçdi. Daha sonra Mask özünün "X" sosial şəbəkəsində tədbirin mayın sonu və ya iyunun əvvəlinə planlaşdırıldığını yazsa da, daxili mənbələr artıq avqust ayından bəhs edirlər. Qeyd edək ki, prototipi ilk dəfə 2017-ci ilin noyabrında göstərilən avtomobilin seriyalı istehsalı rəsmən 2027–2028-ci illərə sürüşdürülüb. Mask bu müddət ərzində vaxtı ən azı səkkiz dəfə dəyişib.
Bu gecikmələrin səbəbi isə avtomobilin əsas özəlliyi olan "SpaceX" mühərrikləridir. Sənədlərdə "A71" kodu daşıyan sürətləndiricilər sistemi üzərində daxili sınaqların hələ aprelin sonunda davam etdiyi bildirilir. Məhz apreldə "Tesla" və "SpaceX" mühəndisləri İlon Maska sistemin ilkin işlək prototipini göstəriblər. Daxili sınaqların hələ yeni yekunlaşması rəsmi təqdimatın niyə davamlı olaraq yubandığını izah edir.
Hesabatda vurğulanır ki, "Tesla" bu idman maşınının sadələşdirilmiş versiyası ilə yanaşı, "SpaceX" paketi ilə təchiz olunmuş məhdud sayda xüsusi seriyasını da buraxacaq. Maskın hələ 2018-ci ildən bəri bəhs etdiyi bu paket, arxa oturacaqların yerini tutacaq təxminən 10 ədəd reaktiv idarəetmə başlığından ibarətdir. Sözügedən mühərriklər avtomobilin döngələri dönmə, tormozlama və sürətlənmə imkanlarını kosmik səviyyəyə qaldıracaq. Maskın iddiasına görə, bu sistem sayəsində elektromobil 0-dan 100 km/saat sürəti cəmi 1,1 saniyəyə yığacaq və havada asılı qala biləcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 09 İyun 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















