Kosmosdakı gözlər : Finlandiya mikropeykləri NATO ya buludluqda və qaranlıqda görməyə kömək edəcək
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Finlandiyanın mikropeyklərin hazırlanması və istehsalı ilə məşğul olan "Iceye" aerokosmik şirkəti Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) strateji əməliyyat komandanlığına peyk məlumatları təqdim edəcək.
Oxu.Az bu barədə şirkətin rəsmi saytına istinadən məlumat verir.
Bildirilib ki, şirkət NATO-ya SAR (yüksəkdəqiqlikli radar görüntüləmə sistemi) texnologiyası ilə təchiz olunmuş mikropeyklərdən əldə edilən görüntüləri təqdim edəcək. Bu peyklər günün istənilən vaxtında və istənilən hava şəraitində məlumat toplaya bilir. Bu da dəniz, quru və əlçatmaz ərazilərin fasiləsiz monitorinqini mümkün edir.
Şirkətin mütəxəssisləri qeyd ediblər ki, SAR peykləri yer səthinin 25 sm-ə qədər dəqiqliklə görüntülərini təqdim edir. Adətən görüntünün əldə olunması və məlumatın çatdırılması arasında 8 saata qədər vaxt keçsə də, bəzi hallarda bu müddət bir saatdan az ola bilər.
Qeyd edək ki, "Iceye" dünyanın ən böyük SAR peyk qrupuna sahibdir. Hazırda orbitdə şirkət və onun müştəriləri üçün istifadə olunan 48 ədəd SAR peyki fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 24 İyun 2025 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















