Icma.az
close
up
RU
Kraliçənin alt paltarı, Hitlerin qalstuku, Maykl Ceksonun corabları… Təbriz VƏFALI YAZIR

Kraliçənin alt paltarı, Hitlerin qalstuku, Maykl Ceksonun corabları… Təbriz VƏFALI YAZIR

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təbriz VƏFALI

***

Əşşi, bu dünyanın qəribə işləri varmış. Vallahi də, billahi də camaat havayı, müftə pul qazanmaq üçün şeytana ayaqqabını tərs geyindirir. Hələ bu əcnəbilər var, ha, onlar şeytana papaq tikir, ortasına deşik qoyurlar. 

Nə isə, keçək mətləbə. Əcnəbilər pul qazanmağın sadə və asan yolunu tapıblar. Bizlərdə rəhmətə gedənlərin geyimlərini, ayaqqabılarını kimsə geyinmək istəmir. Amma əcnəbilərdəki fərasətə bax ki, “qaz vurub, qazan doldurmaq” üçün ölülərin hər şeyindən yayarlanmağa çalışırlar. Məsələn, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığının kraliçəsi Viktoriya 1901-ci ildə dünyasını dəyişəndən 110 il sonra, yəni, 2011-ci ildə onun alt paltarı, gecə köynəyi, əlcəyi və ipək corabları, kraliçəyə məxsus yüzlərcə xırdavat, ev əşyaları, həmin qadın hökmdarla həyat yoldaşının çəkdirdiyi şəkillər hərraca çıxarılıb. Kraliçənin alt paltarı 9375 funt sterlinqə (21 min 562 manat 50 qəpiyə), onun corabları isə 5 min funt sterlinqə (11 min 500 manata) satılıb.  

Hələ Almaniyanın Münhen şəhərində yerləşən “Hermann Historica” hərrac evində faşist Almaniyasının diktatoru Adolf Hitlerin corabları və qalstuku, 1944-cü ildə bu liderə sui-qəsd cəhdindən sonra çəkilmiş rentgen rəsmi, reyxs-kansler Herman Goringin dizlik və dəri ayaqqabıları, Hitlerin həyat yoldasşı Yeva Braunun paltarları, Nürnberq məhkəməsinin qərarı ilə edam edilən jurnalist Yuliusa Ştrayxerin asıldığı kəndir hərraca çıxarılıb. 
Əcnəbilər pop musiqsinin kralı Maykl Ceksonun məşhur “Ay rəqsi”ni (“moonwalk”) ilk dəfə ifa etdiyi parlaq corablarını hərracda 100 min dollardan baha satıblar. 

Hələ hərracda Uels şahzadəsi Dianaya məxsus çiçək naxışlı ipək paltar 520 min dollara, onun bal ayı zamanı geyindiyi şaftalı rəngli papağı isə 26 min dollar satılıb. 

Bir sözlə, hərraclarda pul qazananlar da, pul xərcləyənlər də əşyaların sahibləri olan mərhumların ruhlarına dua oxuyublar. 

Deyirəm, kaş bu əcnəbilərdə olan fərasətdən məndə də olaydı. Evdə olan 5-6 yamaqlı şalvarımı, sinəsi, kürəyi yanmış köynəklərimi, dabanları, burunları cırıq corablarımı hərraca çıxardıb pul qazanardım. Amma hardadır məndə o fəhm, o bəxt?...

Hərrac demişkən, yadıma Azərbaycandakı bəzi tanınmışların bahalı avtomobilləri, üzükləri, geyimləri düşdü. Bəzi tanınmışlar nə az, nə çox 500-3000 manatlıq paltar, 300-2000 manatlıq ayaqqabı geyinirlər. Onların sürdükləri avtomobillərin qiymətləri minimum 150 min manatdan başlayır. Hələ qiyməti 50-100 min manat və daha bahalı olan üzük və saat taxan tanınmışlarımız var. 

Nə deyək, sağlıqlarına qismət.

Amma bir neçə gündür məni fikir götürüb ki görəsən, sözügedən tanınmışlar dünyalarını dəyişdikdən sonra onların geyimləri, əşyaları və avtomobilləri hərraca çıxarılacaqmı? Hərracda pul qazananlar və pul xərcləyənlər mərhumların ruhlarna dua oxuyacaqlarmı? Yoxsa onlar kimlərəsə bağışlanacaqmı? Yaxud, bu bahalı nəsnələr it-bata düşəcəkmi? 

Hələ ki suallarıma cavab tapa bilməmişəm. Tapanda yazacağam…

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Avqust 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri