Icma.az
close
up
RU
Kreditlə yaşayan ailəni orta sinif hesab etmək olar? Açıqlama

Kreditlə yaşayan ailəni orta sinif hesab etmək olar? Açıqlama

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda orta sinif anlayışı yalnız şəxsin və ya ailənin əldə etdiyi gəlirlə ölçülmür. Gəlirdən əlavə, ailənin gündəlik xərcləri, yaşayış şəraiti, əmlakı, maliyyə imkanları və borc yükü də bu məsələdə rol oynaya bilər. Xüsusilə kredit ödənişlərinin ailə büdcəsində böyük paya sahib olması orta sinfin müəyyənləşdirilməsi məsələsini daha da mürəkkəbləşdirir.
Azərbaycanda orta sinfi hansı meyarlarla müəyyən etmək olar? Orta sinfin gəlir səviyyəsi necə ölçülməlidir? Kreditlə yaşayan ailəni orta sinif hesab etmək olar?
Demokrat.az-a bu barədə açıqlama verən Ruslan Atakişiyev söyləyib ki, orta təbəqə müxtəlif ölkələrdə fərqli şəkildə müəyyənləşdirilir: 
“Praktikada orta təbəqənin ölçülməsi zamanı bir sıra göstəricilərdən istifadə olunur. Bunlara əhalinin gəlirləri, orta gəlir səviyyəsi, minimum gəlirlər və digər iqtisadi göstəricilər daxildir. İnkişaf etmiş ölkələrdə orta təbəqə adətən ümumi əhalinin 70-80 faizini təşkil edir. Burada əhalinin gəlirləri ilə yanaşı, ölkədə mövcud qiymətlər, xərclər və qiymət indeksləri də nəzərə alınır. Eyni zamanda, orta təbəqənin xərclərinin strukturu da müəyyən hallarda diqqətə alınır. Yəni gəlirlərin nə qədər hissəsinin qida xərclərinə, nə qədərinin isə təhsil, mədəniyyət və səhiyyəyə yönəldiyi də önəmlidir”.
İqtisadçı əlavə edib ki, kreditləşmə və borclanma məsələsinə gəldikdə isə, bu, Azərbaycanda orta təbəqənin müəyyənləşdirilməsində müəyyən çətinliklər yaradır:
“Çünki bizdə insanlar bəzi hallarda inkişaf etmiş ölkələrdəki ənənəvi və qabaqcıl təcrübələrdən fərqli olaraq, öz maliyyə vəziyyətlərini tam qiymətləndirmədən borclanmaya daha çox meyilli olurlar”.
Ruslan Atakişiyev vurğulayıb ki, kredit və borc faktoru yerli reallıqda qiymətləndirmə prosesini mürəkkəbləşdirir.
Onun fikrincə, Azərbaycanda vətəndaşlar bəzən öz real imkanlarını tam nəzərə almadan borclanmaya üstünlük verirlər. Bu davranış modeli inkişaf etmiş ölkələrdəki maliyyə idarəetmə təcrübəsindən ciddi şəkildə fərqlənir.
Yəni, kreditlə yaşayan ailənin orta sinfə aid edilməsi gəlirin həcmindən çox, həmin borcun ailənin yaşayış keyfiyyətinə və gündəlik tələbatlarına təsirindən asılıdır.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see348

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see326

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see274

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see271

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see221

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see220

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see209

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see207

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see196

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see195

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see194

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see192

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see186

Epşteyn işi ilə bağlı maraqlı məqam: Playboy un sahibi FTB yə dəfələrlə zəng edibmiş

16 Avqust 2026 00:18see184

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see181

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see177

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see176

Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

16 Avqust 2026 01:20see176

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see175

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri