Icma.az
close
up
RU
Kreml keçmişlə vidalaşmağa tələsmir

Kreml keçmişlə vidalaşmağa tələsmir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

İmperiya iddiaları Rusiyanın problemlərini kəskinləşdirir

Azərbaycan Şimal qonşusundan gördüyü və son 30 ildə üzləşdiyi bütün haqsızlıqlara, ədalətsizliyə baxmayaraq, xoşməramlı əlini ona tərəf uzadır, qarşı tərəf isə sanki bunu görməzdən gələrək otuz, əlli, yüz il əvvəlki imperiya ambisiyalarından qurtulmağa çətinlik çəkdiyi bir yana, hələ də ölkəmizə qarşı məkrli planlarını işə salmaq barədə düşünür.

Məhz Rusiyanın günahı üzündən baş vermiş məlum təyyarə qəzasından sonra Azərbaycanın ikitərəfli münasibətlərdə yaranmış sərinləməni isitmək üçün mümkün bütün addımları atmasına baxmayaraq, bölgədə əvvəlki mövqeyini və təsir rıçaqlarını itirməkdə olan Moskva bundan yaranan hirsini sanki Cənubi Qafqaz ölkələrinin üstünə tökmək istəyir. Təəssüf ki, bu zaman, o, diplomatiyada qəbul olunan və olunmayan ən müxtəlif üsullardan yararlanır.

Yazımız “qurşaqdan aşağı” üsulları özünün fəaliyyət prinsipinə çevirmiş “Rossotrudniçestvo”nun üzdəniraq planları barədədir. Kremlin çətiri altında çalışdığı şübhə doğurmayan bu təşkilatın xarici ölkələrdə hansı xarakterli fəaliyyətlə məşğul olduğunu bilməyən yoxdur. Rusiyanın xüsusi xidmətlərinin təlimatlarına köklənən “Rus evləri”nin Azərbaycandan savayı, onlarla ölkədə də qadağan olunduğunu, əməkdaşlarının saxlanıldığı barədə qəzetimiz dəfələrlə yazıb. “Rossotrudniçestvo”nun Avrasiya və Rusiya Humanitar Missiyası ilə birgə Qarabağı tərk etmiş insanlara dəstək layihəsi var imiş. İndi onun müddəti, ən azı, 2026-cı ilədək uzadılıb. Rəsmi səbəb kimi “davamlı müraciət axını” göstərilir.

Bu barədə mediaya açıqlama verən “Rossotrudniçestvo” rəhbərinin müavini İqor Çayka layihənin uzunmüddətli olduğunu və bunu, guya, “Rusiyanın Qarabağ ermənilərinin yanında yer aldığını göstərmək” istəyi ilə izah edib. Onu da bildirib ki, “Rossotrudniçestvo” Ermənistanda Qarabağı tərk etmiş vətəndaşların şəxsi məlumatlarını toplayır. Maraqlıdır ki, bunu Ermənistan hökuməti də təsdiqləyib. Rəsmi mənbələrin bildirdiyinə görə, insanlardan pasport, doğum haqqında şəhadətnamə və digər sənədlərin surətlərini təqdim etmələri xahiş olunur. Hələlik bu məlumatların humanitar yardım göstərmək adı altında toplandığı iddia edilir. Sual özü ortaya atılır: Qarabağı tərk etmiş erməniləri niyə “Rossotrudniçestvo” siyahıya alır? İkinci isə düşündürücü sualdır: məqsəd Qarabağ ermənilərinin qayğısına qalmaqdır, yoxsa onlardan siyasi alət kimi yararlanmaq?

ARAYIŞ: Rusiya Xarici İşlər Nazirliyinin yurisdiksiyasında olan “Rossotrudniçestvo” dünyanın 80 ölkəsində 96 xarici missiya ilə təmsil olunur. Bu qurum 2021-ci ildən həm də “Rus evi” adı kimi tanınır. “Rossotrudniçestvo”nun rəsmi Vikipediya səhifəsində yazılıb: “Rossotrudniçestvo” və onun xarici qurumlarının fəaliyyəti beynəlxalq humanitar əməkdaşlıq dövlət siyasətinin həyata keçirilməsinə və müasir Rusiya haqqında obyektiv anlayışın xaricə yayılmasına kömək etməyə yönəlib”.

* * *

Bu, şübhəli olduğu qədər də ciddi faktdır: 2023-cü ilin sentyabr ayından sonra Qarabağı könüllü şəkildə tərk edən ermənilərin “dosyeləri” ruslar tərəfindən toplanır. “Rossotrudniçestvo”nun Ermənistanda həyata keçirdiyi və aşkar təxribat xarakterli bu layihənın adı humanitar yardım kimi qeyd olunsa da, aydın məsələdir ki, gizli məqsədlərə hesablanıb. Maraqlıdır ki, müharibə şəraitində olan Rusiyanın əksər əhalisi ehtiyac içərisində yaşadığı halda, bu üzdəniraq təşkilat ermənilərə hələ də yardım edir. Bu “humanitar missiyanın” Qarabağı könüllü tərk etmiş erməniləri əhatə etməsi isə böyük suallar doğurur. Görünən odur ki, bu, Kremlin ermənilərə, sadəcə, humanitar yardımı olmayıb, onlardan gələcək təxribatlarında baza kimi yararlanmaq planlarından xəbər verir.

* * *

“Humanitar yardımın” arxasında hansı niyyətlərin gizləndiyini ehtimal etmək çətin deyil. Moskva Qarabağı könüllü tərk edən ermənilərə “istifadəyə yararlı xammal” kimi baxır. Birinci ehtimal: Moskva gələcəkdə ermənilərin Qarabağa qayıdış iddialarını körükləməklə Azərbaycana təzyiq etmək niyyətindədir. Bu zaman indi həyata keçirilən siyahıyaalma, sənədlərin toplanması ermənilərin vaxtilə Qarabağda yaşadıqlarını sübut edən dəlil kimi istifadə oluna bilər. Əslində, Qarabağ ermənilərinin uzun müddət Kreml tərəfindən maşa kimi istifadə olunduğu bizə yaxşı məlumdur. İki əsr bundan əvvəl çar Rusiyasının erməniləri Qarabağa köçürməkdə məqsədi nə idisə, o, bu gün də dəyişməyib. Fərq ondadır ki, indiki vəziyyətdə “Rossotrudniçestvo”nun siyahıyaalma planının arxasında Ermənistanın daxilində siyasi mövcudluğunu bərpa etmək niyyəti də dayana bilər. Yəni Moskva qərbyönümlü Paşinyan hakimiyyətinə təzyiq mexanizmini formalaşdırmaqda maraqlıdır. Bu baxımdan Rusiyanın siyasi strateqləri Qarabağın keçmiş erməni sakinlərini manevr imkanlarını artıracaq alət kimi görürlər. “Rossotrudniçestvo”nun siyahıyaalma oyunu ilə erməniləri yenidən təşkilatlandırmayacağına kim inanar? Yəni Kreml əvvəlcə humanitar yardım bəhanəsi ilə erməniləri çətiri altına yığıb, sonra onlardan öz məkrli planlarının icraçısı kimi yararlanmaq məqsədini güdə bilər. Bununla da Moskva Qarabağı könüllü tərk etmiş erməniləri qızışdıraraq sülh prosesini pozmaq istəyir.

Məsələyə hüquq müstəvisində yanaşsaq, deyə bilərik ki, Qarabağda yaşamış ermənilərin Rusiyaya heç bir aidiyyəti yoxdur. Yəni Kremlin “Rossotrudniçestvo”vasitəsilə atdığı bu addım nəinki qeyri-qanunidir, həm də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ziddir. Qarabağdakı ermənilərin siyahıya alınması və ya onlara hər hansı formada yardım göstərilməsi yalnız Azərbaycan tərəfindən həyata keçirilə bilər. Çünki Azərbaycan 23 saatlıq antiterror əməliyyatından dərhal sonra orada yaşamış, amma sonradan Ermənistana və ya digər ölkələrə köçmüş ermənilərə müraciət etdi və qayıtmaq istəyənlərə geri dönmə şansı verdi. Fəqət onlar Bakının bu çağırışına cavab vermədilər. Bəzi ekspertlər bu məsələdə də Kremlin barmağının olduğunu istisna etmirlər. Görünən odur ki, imperialist keçmişini unutmağa tələsməyən Rusiya hazırda yenidən Azərbaycana qarşı müəyyən “oyun ssenariləri”ni dövriyyəyə buraxmaq niyyətindədir.

Qarabağ ermənilərinin siyahıya alınması, onlara humanitar yardım məsələsinin arxasında Rusiyanın Azərbaycana qarşı təzyiq mexanizmləri formalaşdırmaq cəhdinin dayandığı şübhəsizdir. Amma bu xarakterli cəhdlər başlanğıcdan uğursuzluğa düçardır. Ona görə ki, Azərbaycan daha 20-30 il əvvəlki Azərbaycan deyil. Müasir Azərbaycan bölgədə və dünyada öz sözünü demiş, Türkiyə, Pakistan kimi güclü müttəfiqlərə malik, Vaşinqtonun güvəndiyi və dəstəklədiyi bir dövlətdir. Bu amillərin qarşısında Rusiyanın bu cür düşünülməmiş addımlar atması mütləq bumeranq effekti yaradaraq və sonda onun özünə qarşı çevriləcək.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

“Rossotrudniçestvo”nun Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi məlumdur. Məhz buna görə onun dünyanın müxtəlif ölkələrində açdığı “evləri” bağlayıblar və qovublar. Qurumun indiki məqamda Qarabağ ermənilərini siyahıya almaqda, sənədlərini, elektron məlumatlarını, telefonlarını qeydiyyatdan keçirməkdə məqsədi yardım adı altında onlardan həm Paşinyan hakimiyyətinə qarşı istifadə etmək, həm də bir qismini Ukraynanın işğal edilmiş ərazilərinə köçürərək, orada özünə dəstək yaratmaqdır. Eyni zamanda, guya, Qarabağdan qovulan ermənilərə sahib çıxmaqla, onlara Rusiyanın pasportunu verərək himayədarlıq etməklə bundan Azərbaycana təzyiq vasitəsi kimi yararlanmaq planı da ola bilər.

Biz Moskvanın Xankəndidə konsulluq açmaq istəyinə düşməsini unutmamışıq. Konsulluğu kimin üçün və hansı məqsədlər üçün açmaq istəyirdilər? Bu suala indi də ağlabatan cavab vermək iqtidarında deyillər. Rusiya vətəndaşlarının yaşamadığı Xankəndidə konsulluğa nə ehtiyac vardı? Yəni, hiss olunur ki, Kreml bu gün də Azərbaycana təzyiq və təsir imkanlarını nəzərdən keçirməklə məşğuldur. Bu zaman hətta Qarabağı könüllü tərk etmiş hayları öz vətəndaşları kimi qəbul etməyə hazırdır. Əls niyyət isə başqadır. Bəlkə düşünürlər ki, biz çar Rusiyasının Qafqaza hərbi basqınını, milyonlarla insanı bölgədən didərgin salaraq, öldürərək özünün imperiya ambisiyalarını gerçəkləşdirdiyini unutmuşuq? İndi Moskva ermənilərə ürəyiyanan tərəf kimi çıxış etmək fikrinə düşüb?

Bəli, biz bu gün ayıq olmalıyıq. Düşünürəm ki, artıq hər şey, eləcə də bu proseslər nəzarətdədir. Moskvanın ermənilərdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək planı baş tutmayacaq.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri