Kremlə gözlənilməz xəbərdarlıq: NATO Rusiyaya məxsus PUA ları məhv edə bilər
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO ölkələri Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının hava məkanını pozması davam edərsə, buna daha sərt cavab vermək məcburiyyətində qala bilər.
Globalinfo.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.
Pavel deyib ki, pozuntuların davamlı xarakter alması halında alyansın müəyyən mərhələdə Rusiyaya məxsus təyyarə və ya PUA-nı vurmaq da daxil olmaqla daha ciddi tədbirlərə əl atması mümkündür.
Onun fikrincə, Rusiya öz hava məkanına edilən pozuntulara göz yummur və NATO da analoji yanaşma sərgiləməlidir.
Xatırladaq ki, noyabr ayında Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış da oxşar mövqe səsləndirərək NATO-nun şərq cinahında PUA-lara qarşı müdafiə imkanlarının sürətlə gücləndirilməsinin vacibliyini vurğulamışdı.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 07 Dekabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















