Icma.az
close
up
RU
Kremlin məxfi planı işə düşür Paşinyanın yerinə onu gətirmək istəyirlər

Kremlin məxfi planı işə düşür Paşinyanın yerinə onu gətirmək istəyirlər

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla sülh müqaviləsinin razılaşdırıldığı bir vaxtda Rusiyaya bağlı qüvvələrin Ermənistanda fəallaşması diqqət çəkir. Kremlin İrəvanda ruspərəst dairələri aktivləşdirərək Zəngəzur dəhlizi (TRIPP layihəsi) ilə bağlı əldə edilən razılaşmanın ləğvinə və ABŞ-ın Cənubi Qafqaza daxil olmasının qarşısını almağa çalışdığı bildirilir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oktyabrın 7-də keçirdiyi 4 saatlıq mətbuat konfransında partiyasının parlament seçkilərinə qatılacağını açıqlaması bu təşəbbüsün ilk addımı kimi qəbul edilir. Ardınca baş nazir Nikol Paşinyanın Köçəryan və digər keçmiş liderləri debata çağırması isə xüsusi maraqla qarşılandı.

Azərbaycana və Paşinyana qarşı revanşist mövqe sərgiləyən bu qüvvələr kilsə ilə birləşərək Ermənistanda hakimiyyət dəyişikliyi edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Köçəryan çıxışında Paşinyanı, Ermənistanın xarici siyasətini, Tramp dəhlizini və Vaşinqton bəyannaməsini sərt şəkildə tənqid edib:

“O, 8 avqust tarixində Vaşinqtonda imzalanan deklorasiyanın heç bir nəticə vermədiyini söyləyib və TRIPP layihəsini Ermənistan üçün faydasız adlandırıb. Keçmiş prezidentin sözlərinə görə, Ermənistan bu dəhlizə nəzarət etməyəcək və layihə ölkəyə heç bir iqtisadi üstünlük qazandırmayacaq. Köçəryan ABŞ-ın Cənubi Qafqazda iqtisadi maraqlarının olmadığını da vurğulayıb. Əgər Tramp dəhlizi Çin və Avropa arasında logistikanı inkişaf etdirəcək bir layihədirsə, Vaşinqton bunu niyə dəstəkləsin?

Köçəryanın çıxışında Paşinyana qarşı açıq kin və nifrət hiss olunurdu. O, qarşıdakı seçkilərdə komandası ilə birlikdə iştirak edəcəyini açıqlayıb və Paşinyanın qalib gəlmə şansının sıfıra bərabər olduğunu bildirib. Hətta üstüörtülü şəkildə Ermənistanda inqilabın baş verə biləcəyini də istisna etməyib.

Keçmiş prezidentin bu ritorikası yeni deyil. Lakin onun qəfil fəallaşması diqqətçəkicidir. Yay aylarında Ermənistanda müəyyən hadisələr baş verdi: kilsə ilə hökumət arasında konfrontasiya yaşandı, iki nəfər həbs olundu. Erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan Ermənistana qayıtdı və baş nazirə qarşı sərt bəyanatlar verdi. Lakin o da həbs edildi, həmin müddətdə isə Köçəryan səhnədə yox idi”.


Sultan Zahidov

Politoloq qeyd edir ki, Köçəryanın fəallaşması onun təxminən bir ay öncə Moskvaya səfərindən sonra başlayıb:

“O, Kremlin erməni məsələləri üzrə kuratoru Sergey Kiriyenko ilə görüşüb. Bu görüşdə Ermənistandakı vəziyyət və seçki öncəsi mühit müzakirə olunub. Hətta Köçəryanın maddi dəstək istədiyi də ehtimal edilir. Rusiya Ermənistanda geosiyasi oyunlarını davam etdirir və Paşinyanın devrilməsində maraqlıdır. Bu mənada keçmiş prezident Moskvanın düşündüyü ilk alternativlərdən biridir.

Beləliklə Paşinyanın qarşısında ciddi daxili müqavimət formalaşır. Kilsə ilə qarşıdurma onun ictimai nüfuzuna mənfi təsir edib. Son rəy sorğularına əsasən, Paşinyanın reytinqi aşağı düşüb, o, seçkilərə qədər ciddi addımlar atmalıdır. Robert Köçəryan təkbaşına Nikol Paşinyanı məğlub edə bilməz. Ermənistan cəmiyyəti onu diktator və korrupsiyaya bulaşmış bir şəxs kimi tanıyır. 2008-ci il mitinqlərində baş verən ölümlərlə bağlı ona bu gün də suallar ünvanlanır. Lakin əgər Köçəryanın partiyası digər müxalif partiyalarla birləşərsə, bu, Paşinyan üçün real təhlükəyə çevrilər”.

Politoloqun sözlərinə görə, daxili qarşıdurmalarla yanaşı, xarici güclər də Ermənistanda mövqe qazanmaq üçün müxtəlif oyunlar oynayır:

“Bu səbəbdən Ermənistanın indiki durumda böhrandan çıxara biləcək güclü liderə ehtiyacı var. Təəssüf ki, bu lider hazırda ortada görünmür. Paşinyan administrasiyası isə həm daxildəki nüfuzunu bərpa etməli, həm də digər siyasi partiyalarla ortaq məxrəcə gəlməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri