Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Krım və Donbas Rusiya ərazisi kimi tanına bilərmi: Beynəlxalq sənədlər, yoxsa reallıq?

Krım və Donbas Rusiya ərazisi kimi tanına bilərmi: Beynəlxalq sənədlər, yoxsa reallıq?

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

"Krım və Donbasın Rusiya ərazisi kimi tanınması təbii ki, beynəlxalq qanunlara uyğun deyil. BMT nizamnaməsinə, digər beynəlxalq sənədlərə də ziddir". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov beynəlxalq qanunların ABŞ prezidenti Donald Trampın Kremlin müharibəni dayandırmaq barədə razılaşma imzalamasına nail olması üçün işğal olunmuş Krım və Donbası Rusiya ərazisi kimi tanımaq istiqamətində addım atmasına imkan verib-vermədiyini şərh edərkən deyib. 

Ekspert onu da qeyd edib ki, problemin kökü indiki dövrdə beynəlxalq hüquqa baxan, onlara əməl edənlərin olmamasındadır: 

"Dünyada hər şeyi güc faktoru həll edir. Rusiya ilə ABŞ eyni mövqedən çıxış edirsə, onun qarşısında kiminsə dayanması qeyri-mümkündür. Üstəlik, Rusiyanın bəhanəsi də var. Avropanın "güc tətbiq etməklə sərhədlər dəyişdirilməz arqumentinə” qarşı Moskva Serbiyanın sərhədlərinin dəyişdirilməsini arqument kimi ortaya qoyur. Krıma hücuma bəhanə də elə Kosova hadisəsi oldu".

Abutalıb Səmədov Uitkofun Moskvaya növbəti səfərinin uğurlu olacağını düşünmür: 

"Trampın xüsusi nümayəndəsi qarşıdan gələn həftə Moskvaya gələcək və Putinlə görüşəcək. Cenevrədə razılaşdırılmış 22 bəndlik sənəd də artıq Moskvaya göndərilib. Mətbuatın yazdığına görə, bu bəndlər arasında Krım və Donbasın ABŞ tərəfindən Rusiya ərazisi kimi tanınması məsələsi də var. Belə bir bəndi, təbii ki, Ukrayna qəbul etməyəcək. Digər bəndlər isə güman ki, Rusiyanı qane etməyəcək. Bu səbəbdən Stiv Uitkofun səfərinin uğurlu olacağını güman etmirəm. Kreml əvvəl Tramp tərəfindən tərtib edilən 28 bəndlik sənədi qəbul etməyə hazır olduğunu bildirirdi. ABŞ-ın mövqeyi də Rusiyanın mövqeyinə çox yaxındır".


Həmsöhbətimiz korrupsiya qalmaqalı fonunda sülh planına razılıq verməyəcəyi təqdirdə, Ukrayna prezidentinin istefasını da mümkün hesab edir: 

"Ukraynada həm də korrupsiyaya qarşı mübarizə şiddətlənib. Ukrayna Prezident Adminstrasiyasının rəhbəri artıq istefa verməyə məcbur olub. Prezidentin ən yaxın ətrafı korrupsiyaya bulaşıbsa, şübhə yoxdur ki, Zelenski də onun içindədir. Həmin korrupsiya amilindən də Zelenskiyə qarşı təzyiq olaraq istifadə etməyə çalışırlar. Belədə Zelenskinin istefası da tamamilə mümkündür. Putin Zelenski ilə sənəd imzalamayacağını bildirib. 28 bəndlik sənəddə qeyd edilirdi ki, razılaşmadan 100 gün sonra Ukraynada prezident seçkiləri keçirilməlidir. Yəni vəziyyət kifayət qədər mürəkkəbdir və bir şey aydındır ki, Zelenski Tramp-Putin planını qəbul etməyəcək. Sülh sazişi istiqamətində irəliləyiş mümkün olmayacaq. Zelenskiyə isə təzyiqlər artacaq, korrupsiyanın başında məhz onun durduğu sübut olunacaq. Belədə yalnız onun istefasından sonra, ola bilsin, bu istiqamətdə hansısa addımlar atılsın. Ancaq ondan sonra gələn şəxsin də Tramp planını qəbul etmək ehtimalı çox aşağıdır. Deməli, hələ ki, sülhə nail olmaq mümkün olmayacaq".

Qeyd edək ki, "The Telegraph” nəşrinin yazdığına görə, Tramp administrasiyası Kremlin müharibəni dayandırmaq barədə razılaşma imzalamasına nail olmaq üçün Krımı və Ukraynanın digər işğal olunmuş ərazilərini Rusiya Federasiyasının bir hissəsi kimi tanımağa hazırdır. Bununla belə, nəşr qeyd edir ki, Kiyevi işğal olunmuş ərazilər üzərində Rusiyanın nəzarətini tanımağa məcbur etməyəcəklər.

Məlumata görə, Tramp məhz bu təkliflə öz xüsusi nümayəndəsi Stiv Uitkoffu və kürəkəni Cared Kuşneri Moskvaya göndərir.

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri