Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Yaşıl enerji, müdafiə sənayesi, filiz emalı: Ağdərə regionun lokomotivi olur

Yaşıl enerji, müdafiə sənayesi, filiz emalı: Ağdərə regionun lokomotivi olur

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ağdərə iqtisadiyyat, təhlükəsizlik və sülh mərkəzi kimi formalaşır

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həm yaşayış məntəqələrinin, həm sosial obyektlərin, həm də infrastrukturun yenidən qurulması postmünaqişə dövrünün əsas reallıqlarından biridir. Prezident İlham Əliyev Ağdərə və Tərtərə səfəri zamanı burada görülən işlərlə tanış olub, yeni infrastruktur layihələrinin təməlini qoydu, bura köçən keçmiş məcburi köçkünlərlə görüşüb. Prezidentin sakinlərlə birbaşa səmimi dialoqu, onların həyatı, sosial və iqtisadi vəziyyəti ilə maraqlanması dövlət başçısının əhaliyə şəxsi qayğısının göstəricisidir. Belə görüşlər ictimai etimadın artırılmasına və dövlət institutlarına inamın güclənməsinə xidmət edir.

Milli Məclisin deputatı Nigar Məmmədova “Sherg.az”a açıqlamasında bildirib ki, səfər çərçivəsində Tərtərdə yeni istifadəyə verilən Elektromexanika Zavodu regionun iqtisadi dirçəlişini və sənaye potensialının artırılmasını nümayiş etdirir. Bu, milli müdafiə sənayesinin inkişafı, yerli istehsalın təşviqi və strateji sahələrin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır: “Ağdərədə istifadəyə verilən “Qozlukörpü” Su Elektrik Stansiyası isə modern enerji infrastrukturu kimi enerji təhlükəsizliyini gücləndirəcək, həmçinin yaşıl enerji istehsalına töhfə verəcək. Belə ki, bu tip stansiyalar ənənəvi enerji mənbələrinə alternativ olaraq yerli elektrik enerjisi istehsalını artırır, xarici enerji asılılığını azaldır. Ümumiyyətlə, Su Elektrik Stansiyalarının fəaliyyəti nəticəsində regionda yüz milyonlarla kilovat-saat “yaşıl enerji” istehsal olunur. Bu stansiya yerli sənaye və xidmət sektorlarını dəstəkləməklə yanaşı, regionda investisiya mühitini də yaxşılaşdırır.

Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksi də işğaldan azad edilmiş ərazilərdə təbii ehtiyatların səmərəli və qanuni istifadəsinin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Təməli qoyulan Xüsusi Əməliyyat Mərkəzi isə xüsusi təyinatlı bölmələrin fərqli relyef, hava və coğrafi şəraitlərdə hazırlıq keçməsini təmin edəcək kompleks təlimlər üçün nəzərdə tutulub. Azərbaycanın strateji əhəmiyyətli ərazilərindən biri olan Ağdərədə belə bir mərkəzin fəaliyyətə başlaması regionda təhlükəsizlik təminatı və çevik reaksiya sistemləri üçün əhəmiyyət kəsb edir.

Dövlət başçımız Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşündə bir çox vacib mesajlar verdi. Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edib və suverenliyini möhkəmləndirib. İnsanların dədə-baba torpaqlarına qayıtması, burada rahat və xoşbəxt yaşamasının təmin olunması bu reallığın bir hissəsidir. Azərbaycan azad olunmuş ərazilərdən həm də sülh mesajı verir. Cənab Prezidentin bundan sonra müharibə olmayacağına əminliyini və Azərbaycan dövlətinin güclü bir dövlət olduğunu vurğulaması həm region üçün sabitlik mesajı, həm də vətəndaşlara təhlükəsizlik təminatıdır”.

Ağdərənin baş planının da artıq təqdim olunduğunu xatırladan N. Məmmədova qeyd edib ki, Baş planda 20 illik perspektivdə 14 min nəfər əhali hədəfinin müəyyən edilməsi şəhərin uzunmüddətli perspektivdə daha dinamik inkişafını göstərir: “Beləliklə, Ağdərə bərpa olunan yaşayış məntəqəsi olmaqla yanaşı, həm də regional mərkəz funksiyasını daşıyacaq. Görüləcək işlər Ağdərənin regional inkişafın mühüm məkanı kimi formalaşmasına şərait yaradır. Cənab Prezident də qeyd etdi ki, “Ağdərənin gələcək inkişafı çox parlaq olacaq və şəhər də daxil olmaqla bütün ərazi bərpa ediləcək. Bu bölgənin sənaye və turizm mərkəzinə çevrilməsi üçün şərait yaradılacaq.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri