Kuba ABŞ sanksiyalarından bir ildə 8,83 milyard dollardan çox zərər çəkdiyini açıqlayıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-nin tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə məhdudiyyətləri nəticəsində Kubaya 2025-ci ilin martından 2026-cı ilin martınadək 8,83 milyard dollardan çox zərər dəydiyi bildirilir.
APA xəbər verir ki, bunu Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya ABŞ sanksiyalarının ölkəyə mənfi təsirlərinə dair hesabatın təqdimatı zamanı bildirib.
“ABŞ-nin iqtisadi boğma siyasətinin 2025-ci il martın 1-dən 2026-cı il fevralın 28-dək vurduğu zərər 8,83 milyard dollardan çox olub”, – nazir deyib.
Rodriges Parrilyanın sözlərinə görə, bu, rekord göstəricidir və əvvəlki hesabatda açıqlanan rəqəmdən 7 faiz çoxdur.
Kuba XİN rəhbəri ABŞ-nin 60 ildən artıq müddətdə tətbiq etdiyi məhdudiyyətlərin ölkəyə vurduğu ümumi zərərin cari qiymətlərlə 178,7 milyard dolları keçdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici əvvəlki hesabatdakından 4,7 faiz yüksəkdir.
Hesabat Kubada akkreditə olunmuş diplomatik korpusa da təqdim edilib və BMT Baş Assambleyasının müzakirəsinə çıxarılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 Sentyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















