Icma.az
close
up
RU
Kurikulum sözünün Azərbaycan dilində qarşılığını tapsaydıq, yadplanetli kimi qarşılanmazdı

Kurikulum sözünün Azərbaycan dilində qarşılığını tapsaydıq, yadplanetli kimi qarşılanmazdı

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Cəmiyyətdə isə hələ də kurikulum sözü tam mənada başa düşülmür. Keçən günlərdə keçmiş təhsil naziri Firudin Cəlilov isə saytımıza açıqlamasında bildirdi ki, kurikulum təhsildən çıxarılmalıdır ki, şagirdlərin dili açılsın.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsilin idarə olunması üzrə mütəxəssis Qoşar Məhərrəmov bildirdi ki, kurikulum sözü Azərbaycanda çox səhv başa düşüldü:

“Firudin müəllimin qeydi qəbuledilməzdir. Kurikulumsuz təhsil ssenarisiz kinoya bənzəyir. Necə ki, ssenarisiz kino olmaz, eləcədə kurikulumsuz təhsil olmaz. Sadəcə kurikulum sözü Azərbaycana yeni gəldi və alınma söz idi. 2000-ci illərin əvvəllərində bu sözü biz artıq işlətməyə başladıq. İnsanlar kurikulumun nə olduğunu başa düşə bilmədilər. Halbuki kurikulum bir tədris proqramı demək idi və Türkiyə əslində uğurlu bir addım atdı, kurikulumu “öyrətim proqramları” adlandırdı. Çünki proqram sözü Azərbaycana da, Türkiyəyə də məlum olan bir söz idi. Ona görə insanlar bunu qeyri-adi bir şey kimi qarşılamadılar. “Öyrətim proqramları”, yəni dedilər ki, bu, öyrətmək üçün istifadə olunan proqramdır. Eynilə biz də Azərbaycanda onu tədris proqramı olaraq insanlara kommunikasiya eləsəydik, məncə, bu vəziyyət olmazdı. Kurikulum gəldi, vəziyyət dəyişdi, kurikulum gəldi, vəziyyət pisləşdi. Bu anlayış tamamilə səhvdir. Kurikulum əvvəl də var idi. Sovet dövründəkinin də adı kurikulum idi. Yəni sadəcə biz ona kurikulum demirdik. Biz ona bəlkə də müfrədat deyirdik, bəlkə tədris proqramı deyirdik. Yəni hansı ayda hansı mövzu keçiriləcək, hansı fəsil hansı hadisələrdə keçiriləcək. Bununla bağlı, əlbəttə, dövlətin sənədləri var idi".

Mütəxəssisin sözlərinə görə, sovet dövründə müəllimə daha çox müstəqillik verilirdi:

"Hər müəllim mövzunu istədiyi kimi keçə bilirdi. Müasir dövrdə isə deyilir ki, müasir kurikulumun tələblərinə uyğun təlim nəticələri, dərsin məqsədi, standartlar, alt standartlar var və gördüyünüz kimi, daha strukturludur. Yəni müəllimə sadəcə “bu mövzunu keç” deyilmir, eyni zamanda necə keçəcəyi də deyilir. Yəni daha detallı, daha strukturlu, daha aydın, daha şəffaf, skeleti daha məlum olan bir proqram hazırlandı. İnsanlar niyə buna etiraz etdi? Tam da anlamış deyiləm. Bəlkə də elə biz kurikulum sözünün qurbanı olduq. Sadəcə o sözün Azərbaycan dilində qarşılığını tapsaydıq və istifadə etsəydik, məsələn, “Tədris proqramı” kimi, o zaman insanlar bunu bu qədər yad, bu qədər kosmosdan gələn yadplanetli kimi qarşılamazdılar. Yəni düşünürəm ki, biz bunun öhdəsindən yaxşı gələ bilmədik, yaxşı kommunikasiya edə bilmədik. Hətta məlumdur ki, bir vaxtlar fəal dərsin mərhələləri, tələbi var idi. Bütün məktəblərdə, bütün müəllimlərdən eyni standart, eyni struktur tələb olunurdu. Eyni mərhələləri mütləq müəllimlər tətbiq etməli idi. Sonradan bir az yumşaldı, dedilər ki, yox, bütün müəllimlərdən, bütün dərslərdə, bütün fənlərdə, bütün fəsillərdə eyni şey tələb oluna bilməz. Ona görə bir az yumşaldılar, dedilər ki, dörd mərhələli bir dərs keçirilsin. Dərsin məqsədi qeyd olunsun, təlim nəticələri qeyd olunsun, fəaliyyətlər və qiymətləndirmənin olduğu dörd mərhələli bir dərs keçirilsin. Dörd komponentli bir dərsə doğru təkamül etdi".

Qoşqar Məhərrəmov hesab edir ki, kurikulum yad bir anlayış olmamalı idi, bu 20 ildə insanlar bunu anlamış olmalı idi.

"Kurikulumun çıxarılması uşaqların dilinin açılmasına heç bir töhfə verməz. Müasir kurikulum artıq Azərbaycanda buraxılıb. Yenidən köhnə dövrə qayıtsaq, uşaqların dilinin inkişafına, müəllimlərin pedaqoji səriştələrinin inkişafına və şagirdlərin akademik nəticələrinə heç bir mənada müsbət təsiri olacağını düşünmürəm", - deyə mütəxəssis bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri