Icma.az
close
up
RU
“Kurtlar Vadisi”nin “Ömer Baba”sından şok etiraf: “Şaşmaz qardaşları dürüst adamlar deyil”

“Kurtlar Vadisi”nin “Ömer Baba”sından şok etiraf: “Şaşmaz qardaşları dürüst adamlar deyil”

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan “Kurtlar Vadisi”ndə “Ömer Baba” obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, Emin Olcay müsahibəsində serialın çəkilişləri zamanı yaşanan gərginliklərdən, prodüser Osman Sınavın təhlükəsizlik tədbirlərindən və layihənin başqa komandaya təhvil verilməsi prosesindən danışıb.

Aktyor bildirib ki, serialın ilk illərində qeyri-adi hadisələrin şahidi olub. O, Osman Sınavın layihəni qəfil Raci Şaşmaza təhvil verməsini təəccüblə qarşıladığını deyib.

Olcayın sözlərinə görə, bir dəfə səsləndirmə üçün Osman Sınavın ofisinə gedərkən ətrafda çoxsaylı cip görüb. O, həmçinin çəkilişlərdən birində Sınavın üzərində silah gördüyünü iddia edib və bunu həmin dövrdə təhlükəsizlik məqsədilə atılan addım kimi izah edib.

Emin Olcay daha sonra Necati Şaşmaz və Raci Şaşmaz haqqında sərt fikirlər səsləndirib. Aktyor onların ona və həyat yoldaşına qarşı ədalətsiz davrandıqlarını iddia edib.

“Mən 12 il serialda çəkildim, amma bazar qiymətlərindən çox aşağı qonorar alırdım. Teatrdan olan tələbələrim belə məndən daha çox qazanırdı. Raci ilə pul məsələsini hər dəfə danışanda "vəziyyətimiz çox pisdir", deyirdi”, – Olcay bildirib.

Aktyor çəkiliş meydançasında psixoloji təzyiqlə üzləşdiyini də irəli sürüb. Onun sözlərinə görə, Necati Şaşmaz bəzən ona necə oynamağı izah etməyə çalışıb:

“Mən həyatımı aktyorluğa həsr etmişəm. Necati isə aktyorluğa məhz bu serialla başlayıb. Buna baxmayaraq, mənə "belə oyna" deyə rol izah edirdi”.

Olcay serialdan ayrılmaq istədiyi zaman ona dörd bölüm sonra layihədən çıxarılacağının deyildiyini və həmin müddətdə maaşına artım edildiyini də qeyd edib.

Emin Olcay “Kurtlar Vadisi” ilə bağlı vaxtilə aparılmış FETÖ istintaqına da münasibət bildirib. O, həqiqətlərin ortaya çıxmasının vacib olduğunu deyərək, qanunsuz hərəkət edənlərin cəzalandırılmalı, günahsız olanların isə bəraət almalı olduğunu vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri