“Kurtlar Vadisi”nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə 2011-ci ildə Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi" serialının ssenari müəlliflərindən biri Bayram Özbek həbs edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, o, "silahlı terror təşkilatı qurmaq və ya ona rəhbərlik etmək" və "qəsdən adam öldürməyə təhrik etmək" ittihamları ilə həbs olunub. pizza hut
Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha əvvəl də "Kurtlar Vadisi Pusu" serialı istintaqın diqqət mərkəzinə düşüb, serialın ssenaristləri isə "məlumat sahibi" qismində ifadəyə çağırılıblar.
Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri "Kurtlar Vadisi Pusu" serialının 2011-ci il noyabrın 10-da yayımlanan 136-cı bölümü olub.
Həmin bölümdə "Kazım Kaşifoğlu" adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub.
Kaşif Kozinoğlu isə məhz həmin bölümün yayımlanmasından iki gün sonra - 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 23 Sentyabr 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















