Küveyt bu şəxsləri vətəndaşlıqdan məhrum etdi
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Küveytdə müxtəlif yollarla vətəndaşlıq əldə edən 9 min 464 nəfərin vətəndaşlığının ləğv edildiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Küveyt “Rəsmi qəzeti” (“Kuwait Today”) 9 min 464 nəfərin Küveyt vətəndaşlığından çıxarılması ilə bağlı 4 fərman və 2 qərar dərc edib.
Birinci fərmanda 5 min 694 qadının və bu qadınlara mənsubiyyətinə görə Küveyt vətəndaşlığı almış şəxslərin Küveyt vətəndaşlığından, ikinci fərmanda 38 nəfərin Küveyt vətəndaşlığından məhrum edilməsinə, üçüncü fərmanda isə əlaqə əsasında vətəndaşlıq əldə edənlərin Küveyt vətəndaşlığından məhrum edilməsinə qərar verilib.
Dördüncü fərmanda “3 min 724 qadın və himayəsində olan şəxslərin vətəndaşlığından çıxarılması” müddəası yer alıb.
Nazirlər Kabinetinin iki qərarı ilə 4 nəfərin və onların himayəsində olan 4 nəfərin vətəndaşlıq sənədlərinin geri alınmasına qərar verilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















