Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Laçın Böyük Qayıdışın uğurlu nümunəsi ilə diqqət çəkir ŞƏRH

Laçın Böyük Qayıdışın uğurlu nümunəsi ilə diqqət çəkir ŞƏRH

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 avqust, AZƏRTAC

Zəngin, füsunkar təbiətə, müxtəlif coğrafi, iqlim xüsusiyyətlərinə malik Vətənimizin hər bir guşəsi, o cümlədən şəhər, rayon və kəndlərimiz bizim üçün, bütün Azərbaycan xalqı üçün əzizdir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

Bu gün Azərbaycanın yüksək dinamika ilə inkişaf etdiyini, mühüm nailiyyətlərə imza atdığını deyən M.Əfəndiyev xatırladıb ki, müstəqilliyimizin ilk illərində Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı işğal etdi və bu işğal 30 il ərzində xalqımızın dinməz ağrısına çevrildi. 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdi və ölkənin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. İşğaldan azad olunmuş ərazilərdə ötən altı ildə yenidənqurma, bərpa və abadlıq işləri həyata keçirilir, müasir idarəçilik modelinin tətbiqi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını yeni inkişaf mərkəzlərinə çevirir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafına xüsusi diqqət ayrılır, xalqımızın rifah halının yaxşılaşdırılması üçün ardıcıl və davamlı siyasət həyata keçirilir.

“Bu günlərdə xalqımız Laçın şəhərinin işğaldan azad edilməsinin ildönümünü qeyd edir. Belə ki, Azərbaycan Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, avqustun 26-sı Laçın şəhərinin işğaldan azad edilməsi günü kimi qeyd olunur. Birinci Qarabağ müharibəsində böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilmişdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Artıq Azərbaycan xalqı böyük qürur və fəxarət hissi ilə öz doğma torpaqlarına qayıdır. Böyük Qayıdış çərçivəsində uzun fasilədən sonra Laçın sakinlərinin öz doğma şəhərinə qayıdışı baş tutur”, - deyə deputat əlavə edib.

O bildirib ki, bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Sevindirici haldır ki, Laçına səfər edən qonaqlar Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən abadlıq işləri ilə tanış olurlar. 2025-ci il iyunun 13-də Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Laçının əvvəlki şöhrəti bərpa olunmaqdadır. Burada məskunlaşma siyasəti uğurla icra olunur. Belə ki, 31 ildən sonra, 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Bu xüsusda Prezident İlham Əliyevin sakinlərlə görüşü, onlara evlərinin açarlarını şəxsən təhvil verməsi, 2020-ci ildən Laçına 9 səfəri və infrastruktur layihələrinin açılışlarında iştirakı işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin diqqət mərkəzində olduğunu və Azərbaycanın regionda sülhün təmin olunmasında qətiyyətini göstərir.

“Burada böyük nəqliyyat, sənaye, turizm infrastrukturu, həm də dədə-baba yurdlarına qayıdan soydaşlarımız üçün lazımi bütün şərait yaradılır. Təsadüfi deyil ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü il oktyabrın 8-də qəbul etdiyi qərara əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub. Əlavə olaraq, Laçın şəhəri digər dost dövlətlərin şəhərləri ilə də qardaşlaşır. Keçdiyimiz günlərdə, 2026-cı il avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında “Laçın şəhəri ilə Buxara şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” imzalanıb.

Bu gün Laçın şəhəri sürətli inkişafı, müasir infrastrukturu və yenidən qurulan sosial-mədəni həyatı ilə işğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdışın uğurlu nümunəsinə çevrilir. Burada aparılan genişmiqyaslı quruculuq işləri, sakinlərin doğma yurda qayıdışı və beynəlxalq əməkdaşlığın genişlənməsi Laçının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir”, - deyə M.Əfəndiyev vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri