Icma.az
close
up
RU
Laçının infrastruktur layihələri dual xaraktelidir, həm mülki, həm də hərbi strateji əhəmiyyət daşıyır ŞƏRH

Laçının infrastruktur layihələri dual xaraktelidir, həm mülki, həm də hərbi strateji əhəmiyyət daşıyır ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 25 avqust, AZƏRTAC

Qalib xalqımızın yaddaşında dərin iz buraxan mühüm hadisələr arasında Laçın Şəhəri Gününün özünəməxsus yeri var. Bu əlamətdar günün qeyd olunması Prezident İlham Əliyevin 2023-cü il 25 avqust tarixli Sərəncamı ilə rəsmi xarakter alıb. Həmin qərara əsasən, hər il avqustun 26-sı Laçın Şəhəri Günü kimi böyük qürur və iftixar hissi ilə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik, və korrupsiya ilə mübarizə komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev söyləyib.

Deputat qeyd edib ki, coğrafi mövqeyinə görə hərbi, nəqliyyat-kommunikasiya və təchizat baxımından vacib strateji əhəmiyyətə malik bu şəhərin 1992-ci ilin mayında Ermənistan tərəfindən işğalı sonrakı faciələrə yol açdı, təcavüzün və işğalın coğrafiyasının genişlənməsinə şərait yaratdı.

1992-ci ildə AXC-Müsavat tandeminin hakimiyyətə gəlmək uğrunda göstərdiyi hərislik və məsuliyyətsiz idarəçilik ölkədə ciddi xaosa və nizamsızlığa səbəb oldu. Bu vəziyyət ordu daxilində də böyük sarsıntılar yaratdı, nəticədə Şuşa və Laçın kimi strateji əhəmiyyətli rayonların işğalına yol açdı. Məhz bu zəiflik və qeyri-peşəkar yanaşma torpaqlarımızın düşmən əlinə keçməsində ciddi rol oynadı. Bu məsələyə avqustun 21-də Kəlbəcərdə yerli sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev də toxunaraq qeyd edib: “Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir. Mənfur cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi”.

R.Nəbiyev vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən birgünlük antiterror əməliyyatı zamanı Prezident İlham Əliyevin qətiyyətli liderliyi və müdrik sərkərdəliyi ilə hərbçilərimizin misilsiz şücaəti nəticəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. İki il sonra - 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində Azərbaycanın jurisdiksiyası bərpa olundu. Laçın zəfəri, mürəkkəb dağ relyefinə malik bu böyük ərazisinin siyasi vasitələrlə azad edilməsi Azərbaycan Prezidentinin mükəmməl diplomatik səyləri nəticəsində mümkün oldu.

“Həmin vaxtdan Laçın şəhəri və bütövlükdə Qarabağ ilə Şərqi Zəngəzur bölgəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli yenidənqurma siyasətinin nümunəsidir. Bərpa konsepsiyası üç əsas sütuna əsaslanır: siyasi iradə, maliyyə imkanları və xalqın dəstəyi. Yeni infrastruktur layihələri dual xarakterlidir, həm mülki, həm də hərbi-strateji əhəmiyyət daşıyır. Məsələn, Laçın Beynəlxalq Hava Limanı ölkənin müdafiə və təhlükəsizlik sisteminə çeviklik və operativlik baxımından əlavə güc qazandırır”, - deyən deputat əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümü günündə Prezident İlham Əliyevin dəvəti ilə Laçın Zirvə görüşündə İslam dünyasının iki böyük nəhəngi - qardaş Türkiyə və Pakistanın liderlərinin bir araya gəlmələri Azərbaycanın regional liderliyinin nümayişi baxımından da mühüm mesaj idi. Pakistanın bu formata qoşulması Azərbaycan-Türkiyə strateji müttəfiqliyini üçtərəfli geosiyasi gücə çevirir. Amma bu, təkcə siyasi baxımdan deyil, həm də regional sabitliyin qorunması və ortaq maraqların müdafiəsi baxımından önəmlidir.

Parlamentari, həmçinin qeyd edib ki, Laçın həm Qarabağ müharibəsində döyüş meydanında qazanılan Qələbənin diplomatik müstəvidə təsdiqi, həm də postmünaqişə dövründə gedən genişmiqyaslı bərpa və inkişaf prosesinin təcəssümüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri