Latviya yaxın illərdə rusdilli radio yayımına son qoymaq istəyir...
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
...Latviya Milli Elektron Kütləvi Media Şurasının (NEPLP) rəhbəri İvars Aboliņs səkkiz il ərzində rusdilli radio yayımına son qoymağı təklif edir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə LSM məlumat verib.
...Aboliņs-un sözlərinə görə, o, 14 yanvarda parlamentə səkkiz il ərzində rusdilli radio yayımının tədricən dayandırılmasını tələb edən təklif təqdim edib.
O, Latviyada rusdilli yayıma icazə verən lisenziyaların yenilənməməsini təklif edib.
Deyilənlərə görə, sonuncu lisenziyanın müddəti 2034-cü ildə bitir. Onun sözlərinə görə, ölkənin 40 radio stansiyasından 13-ü rus dilində yayımlanır.
Bu yaxınlarda Latviya parlamentinin milli-mühafizəkar Milli Alyans partiyasından olan üzvləri Arturs Butans və Jurqis Klotins yerli televiziya və radioda reklamın yalnız latış dilində olmasını tələb edən qanuna düzəliş təklif etdilər. Xarici medianın xarici dildə yayımlanması və Latviyada təkrar yayımlanması istisna təşkil edəcək.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















