Levandovski İspaniya futbolu tarixində bunu bacaran üç futbolçudan biri oldu
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniya La Liqasının 12-ci turunda "Selta" üzərində 4:2 hesablı qələbə qazanan "Barselona"nın heyətində Robert Levandovski het-triklə yadda qalıb.
Fanat.Az xəbər verir ki, bununla da polşalı forvard La Liqanın tarixinə düşüb.
"StatMuse"-nin hesablamasına görə, Levandovski 35 yaşdan sonra İspaniya liqasında ən çox het-trik edən əfsanəvi Ferens Puşkaş və Alfredo Di Stefanonun rekordunu təkrarlayıb. Hər biri üç dəfə bunu reallaşdırıblar.
Robert Levandovskinin bu ilin avqustunda 37 yaşı tamam olub. Forvard 2022-ci ildə "Bayern"dən transfer olunduqdan sonra "Barselona"nın heyətində 159 oyunda 108 qol vurub.
Bu mövzuda digər xəbərlər:Robert Levandovski bunu bacaran 3cü futbolçu olub
27 Noyabr 2024 09:20
Levandovski Barselonada bunu etmək istəyir
19 Noyabr 2024 12:20
İspaniya millisinin tarixində BİR İLK
18 Mart 2025 20:21
La Liqa: Levandovski dubl edib, Barselona üç xal qazanıb
30 Mart 2025 21:46
Robert Levandovski milli komandalar tarixində 7 ci ən məhsuldar hücumçu oldu
08 Sentyabr 2025 09:02
Baxış sayı:95
Bu xəbər 10 Noyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















