Icma.az
close
up
RU
Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak ed

Leyla Əliyeva Azərbaycanda təbiətin mühafizəsinin 100 illiyinə həsr olunmuş fotosərginin açılışında iştirak ed

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Dənizkənarı bulvar ərazisində Azərbaycanın təbiətin mühafizəsi sahəsində fəaliyyətinin 100 illiyinə həsr olunmuş "Milli Parklar – Azərbaycanın 12 Möcüzəsi" fotosərgisinin açılış tədbirində iştirak edib.

BAKU.WS xəbər verir ki, IDEA İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən sərgi ölkəmizin unikal biomüxtəlifliyini əks etdirən xüsusi mühafizə olunan ərazilərin, milli parkların təbiətini, zəngin florasını və faunasını fotoobyektiv vasitəsilə nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan ərazisində təbiətin sistemli qorunmasına 1925-ci ildə ilk dövlət qoruğu olan Göygöl təbiət qoruğunun yaradılması ilə başlanılıb. Hazırda ölkəmizdə 12 milli park, 9 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Milli parklar Azərbaycanın təbiətinin mühafizəsinə dair dövlət siyasətinin əsas sütunlarından biridir. Bu siyasətin daha geniş ictimaiyyətə çatdırılması məqsədilə Leyla Əliyevanın təşəbbüsü ilə 2013-cü ildə "Azərbaycanın 7 Möcüzəsi" kinolayihəsinə start verilib. Milli parkların sayı artdıqca, layihənin adı da dəyişərək "Azərbaycanın 12 Möcüzəsi"nə çevrilib. Son olaraq, Prezident İlham Əliyevin 2025-ci il 14 iyul tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

Layihənin təşəbbüskarı Leyla Əliyevanın rəhbərliyi ilə səkkiz sənədli film çəkilib, yüzlərlə videomaterial və fotoşəkil sosial şəbəkələrdə milyonlarla izləyici tərəfindən maraqla qarşılanıb. Bu fotosərgi həmin layihənin çoxsaylı və təsirli nəticələrindən biridir. Sərgidə təqdim olunan şəkillər təkcə Azərbaycanın təbiət möcüzələrini nümayiş etdirmir, həm də ekoloji maarifləndirmə baxımından mühüm rol oynayır. Burada tamaşaçılar təbiətin qorunmasının nə qədər vacib olduğunu hiss edir, insanın təbiətə olan məsuliyyətini daha dərindən anlayırlar.

"Azərbaycanın 12 Möcüzəsi" adlanan layihəyə daxil olan milli parklar ölkəmizin müxtəlif coğrafi bölgələrini və ekosistemlərini əhatə edir. Bunlara Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı, Ağgöl Milli Parkı, Şirvan Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı, Qızılağac Milli Parkı, Axar-Baxar Milli Parkı və İlisu Milli Parkı daxildir. Bu parklar Azərbaycanın zəngin təbii irsinin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, Dənizkənarı bulvar ərazisində yay boyunca davam edəcək fotosərgidə təqdim olunan şəkillər tanınmış fotoqraflar – İqor Bışnyov, İlya Bışnyov, Natalya Teterevskaya və Nikita Bışnyov tərəfindən çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see124

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see123

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see120

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see120

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see119

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri