Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələri təşkil olunub.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.

IDEA tərəfindən icra olunmuş çoxsaylı fəaliyyətlər, o cümlədən ETSN və WWF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş “Azərbaycanda bəbirlərin populyasiyasının bərpası” layihəsinin bəbirlərin ölkəmizdə sayının artırılmasına verdiyi töhfə barədə layihə iştirakçılarına ətraflı məlumat verilib. Leyla Əliyeva diqqətə çatdırıb ki, 2014-cü ildə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti Cənubi Qafqaz bölgəsində ekoloji tarazlıq və canlıların mühafizəsi məsələlərinə diqqətin artırılmasını təmin edib. IDEA İB-nin təsisçisi və rəhbəri vurğulayıb ki, atılan addımların sayəsində ötən illər ərzində Azərbaycan ərazisində 23 bəbir fərdinə rast gəlinib.

Çıxışının sonunda Leyla Əliyeva bəbirlərin səmərəli mühafizəsini təmin etmək məqsədilə qlobal səyləri daha da möhkəmləndirməyə çağırıb.

Daha sonra WWF-in Avropa və Şimali Afrika üzrə regional direktoru Ajay Barai, təşkilatın Azərbaycan ofisinin direktoru Elşad Əsgərov, WWF-in Almaniya ofisinin direktoru Aurel Heidelberg, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının pişikkimilər üzrə eksperti Tatjana Rosen və “Ecocorridors Fund for the Caucasus” təşkilatının nümayəndəsi Jernej Stritih çıxış ediblər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://missiya.az
archiveBu xəbər 21 Noyabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see125

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see122

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see120

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see118

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see117

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see117

Ukraynada hökumət dəyişikliyi ABŞ ın istəyi ilə olub

20 İyul 2025 10:10see116

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see115

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see114

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see114

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see114

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see114

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see113

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see113

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see113

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see113

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see113

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see112

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see111

Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır TƏDQİQAT

20 İyul 2025 13:40see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri