Icma.az
close
up
RU
Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə iştirak etdi FOTO

Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə iştirak etdi FOTO

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) və IDEA İB-nin birgə təşkilatçılığı ilə COP29 çərçivəsində həyata keçirilən “İqlim dayanıqlığı üçün təhsilə investisiya: erkən inkişaf və ətraf mühit savadlılığının artırılması” mövzusunda müzakirələrdə iştirak edib.

Bakupost.az xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək, gənclərin ekoloji problemlərin həllində fəal iştirakının qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynadığını vurğulayıb.

IDEA İB-nin təsisçisi və rəhbəri ekoloji təhsil və maarifləndirmə proqramları, eləcə də müxtəlif beynəlxalq platformalar vasitəsilə gənclər üçün bilik və təcrübə mübadiləsinin aparılması imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

IDEA-nın həyata keçirdiyi layihə və tədbirlərə toxunan Leyla Əliyeva bildirib ki, təşkilat tərəfindən ötən müddət ərzində gənclərin iqlim dəyişmələri məsələləri və təbiətə məsuliyyətli yanaşmaları kimi mövzulara həsr olunan bir sıra fəaliyyətlər icra edilib. Leyla Əliyeva təşkil olunan ekodüşərgələr, məlumatlandırma kampaniyaları və hazırlanan sənədli filmlər, eləcə də görülən işlərin nəticələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Leyla Əliyeva IDEA təşkilatının 2014-cü ildən etibarən BTMİ-yə üzv olduğunu qeyd edərək, 10 il ərzində qurumlararası əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətləri vurğulayıb. Dayanıqlı və sağlam gələcəyin, eləcə də daha bilikli gənc nəslin yetişdirilməsinin təmin olunması baxımdan beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətli rolu müzakirə iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, BTMİ-nin baş direktoru Grethel Aguilar, “Earthday.org” təşəbbüsünün tədris məsələləri üzrə direktoru Bryce Coon və Qlobal Təhsil Mərkəzinin “#Decarbonize” proqramını təmsil edən gənc ekofəal Janina Guevara çıxış edərək, mövzu ilə bağlı müxtəlif fikirlər irəli sürüb, ətraf mühit savadlılığının rolunu qeyd ediblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Noyabr 2024 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Çini təhdid etdi

16 Aprel 2025 11:33see132

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see131

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see129

TBMM sədr müavininin ölüm təhlükəsi hələ də davam edir

17 Aprel 2025 18:33see128

De Brüyneyə rəsmi təklif göndərdilər

17 Aprel 2025 19:56see123

Yüksək Liqa: Finalçılar bəlli oldu

17 Aprel 2025 21:21see122

Bankların yüksək komissiya haqqı: Qiymətləri də yüksəldir

16 Aprel 2025 11:33see122

Arda Real Madrid , ya da Barselona nı çalışdıracaq Klub prezidenti AÇIQLADI

16 Aprel 2025 11:44see122

Gənclik hormonu Somatropin nədir Necə artıraq?

17 Aprel 2025 18:44see121

Super Liqa və aşağı liqalarda komanda sayları azaldılır

18 Aprel 2025 01:05see121

Səhər acqarına limonlu su için Faydası çoxdur

17 Aprel 2025 06:07see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see120

DİM ə ağır ittihamlar: “Xərcə düşməmək üçün uşaqları riskə atıb”

16 Aprel 2025 12:39see117

Musiqi sədaları altında əməliyyat olundu FOTO

18 Aprel 2025 04:04see115

Turist sahildə yadplanetli tapdı

16 Aprel 2025 17:00see114

Aydın Kərimov: 1 400 dən çox sakin artıq Şuşa şəhərində yaşayır

17 Aprel 2025 14:10see112

ABŞ dən Yəmən bankına qarşı sanksiya

18 Aprel 2025 03:26see111

Maksimal bal toplayan Aişə Bağırova: Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm

17 Aprel 2025 22:00see107

Sosial şəbəkələrdə tərbiyə böhranı

17 Aprel 2025 22:05see107

Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? ŞİKAYƏT

16 Aprel 2025 12:33see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri