Liverpul da ciddi itki matçın əvvəlində zədələndi
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Liverpul”un ən yaxşı bombardiri Uqo Ekitike hazırda davam edən “Brayton”la matçın əvvəlində zədələnib və artıq 8-ci dəqiqədə əvəzlənib.
Sportal.az xəbər verir ki, hücumçu Ceyms Milnerlə sərt toqquşmadan sonra zədələnib. Hakim Darren İnglend bunu kobud oyun hesab etməyib, amma Ekitike dərhal ağrı çəkdiyini göstərib və bir müddət meydançada uzanıb.
Qeyd etmək lazımdır ki, bundan əvvəl Milner başqa bir epizodda Dominik Soboslay ilə də sərt oynayıb və orada da hakim pozuntu görməyib.
Nəticədə Ekitike oyunu davam etdirə bilməyib və xeyli topallayaraq meydanı tərk edib. Onun yerinə Kertis Cons daxil olub. Bu mövsümdə Ekitike 17 qolla “Liverpul”un ən yaxşı bombardiridir.
saytlarin hazirlanmasi
Baxış sayı:120
Bu xəbər 21 Mart 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















