“Liverpul”un qapıçısı gürcüstanlı futbolçunun gəlişindən sonra klubu tərk edə bilər
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Liverpul”un ehtiyat qapıçısı Kuivin Kelleher Mersisayd təmsilçisinin yay transfer pəncərəsində satın aldığı Giorgi Mamardaşvilinin mövsümsonu icarə əsasında oynadığı “Valensiya”dan qayıdışından sonra klubu tərk etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə insayder Pol Coys “The Times” üçün yazdığı məqaləsində açıqlayıb.
“Giorgi Mamardaşvilinin gəlişindən sonra Kuivin Kelleher komandadan ayrılmağı düşünəcək”, – o qeyd edib.
Xatırladaq ki, hələ sentyabr ayında irlandiyalı qapıçının “qırmızılar”ın düşərgəsini tərk etmək niyyətində olduğuna dair məlumat yayılmışdı.
Qeyd edək ki, “Liverpul” ötən yay transfer pəncərəsində İspaniyanın “Valensiya” klubunun qapıçısı Georgi Mamardaşvilini transfer etmişdi. Gürcüstanlı qolkiper hazırda “yarasalar”ın heyətində icarə əsasında çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 18 Yanvar 2025 05:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















