Icma.az
close
up
RU
Lukaşenko elan etdi: hakimiyyətdən gedir iqtidarı bu qüvvəyə verir

Lukaşenko elan etdi: hakimiyyətdən gedir iqtidarı bu qüvvəyə verir

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün verdiyi açıqlamalarla gündəmə gəlib. Belə ki, o, müəyyən qüvvələrin Belarusu müharibəyə cəlb etmək niyyətində olduğunu və bu halın ölkəni çox çətin vəziyyətə salacağını deyib. Ardınca verdiyi açıqlamalardan isə məlum olur ki, prezidentlik səlahiyyətlərini yeni nəslə ötürməkdə maraqlıdır.

Lukaşenko vəzifəsini yeni nəslə təhvil verməklə, perspektivdəki müharibələrdən qaçmağa çalışır? Onun dediyi “yeni nəsl” kimdir, hansı qüvvənin təmsilçisidir?

Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Lukaşenko Rusiya ilə ortaq dövlətin tərəfdarıdır:

“Əsas şərti isə həmin ortaq dövlətin yalnız Rusiya hegemonluğu ilə deyil, bərabər hüquqlu şərtlər daxilində formalaşmasıdır. Belarusun belə bir mövqe tutmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, hazırkı hökumət ölkənin Rusiyasız ayaqda qala biləcəyinə o qədər də inanmır. Çünki Qərblə münasibətlər də olduqca kəskindir. Rusiyanın Belarusda təsir mexanizmləri kifayət qədər çoxdur. Orada hakimiyyət dəyişikliyini də reallaşdıra biləcək imkanları var.

\

Elçin Xalidbəyli

Bunlara baxmayaraq Lukaşenko ölkəsini Ukrayna savaşından maksimum səviyyədə uzaq tutmağı bacardı. Doğrudur, rus hərbi kontingenti, bəzi silah növləri xüsusilə də strateji raket sistemləri Belarusda yerləşdirilib. Lakin Lukaşenko Ukraynaya Belarus ərazisindən hücum edilməsinə imkan vermədi”.

Politoloqun sözlərinə görə, Rusiya ilə çox yaxın müttəfiq kimi görünsə də Belarus prezidenti Lukaşenko Vladimir Putinə bəzi məsələlərdə müqavimət göstərmək cəsarətini özündə tapır:

“Belarus yeni prezident seçmək mərhələsinə yaxınlaşır. Müstəqillik dövründən bu günə qədər yeganə prezident olan Lukaşenko növbəti dəfə bu posta namizədliyini irəli sürüb. Böyük ehtimalla hakimiyyətini qoruya bilər. Yeni nəslə hakimiyyətin ötürülməsi açıqlaması isə daha çox daxili auditoriya, müxalifət düşərgələrini nisbətən sakitləşdirmək məqsədi daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri