Icma.az
close
up
RU
“Lukoyl” 10 milyardlıq aktivlərini 3 milyarda sata bilər

“Lukoyl” 10 milyardlıq aktivlərini 3 milyarda sata bilər

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl” xarici aktivlərini satmaq qərarına gəlib.
Yeniavaz.com “İzvestiya”ya istinadən xəbər verir ki, bu aktivlərin ümumi dəyəri təxminən 10 milyard dollar təşkil edir.
Bildirilir ki, sanksiyalar və məcburi satış şəraiti səbəbindən aktivlər bazar qiymətindən 50–70% endirimlə, yəni təxminən 3 milyard dollara satıla bilər.
Satışa çıxarılan aktivlərə Avropadakı üç neft emalı zavodu, 19 ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi və bir sıra digər layihələr daxildir.
Dövlət Dumasının Energetika Komitəsinin sədr müavini Yuri Stankeviç bu qərarı “Rusiya neft sənayesində risklərin azaldılması və geosiyasi təzyiqlər fonunda biznesin çevik şəkildə yenidən qurulması” cəhdi kimi qiymətləndirib.
“Alfa Capital” şirkətinin meneceri Dmitri Skryabin hesab edir ki, satış əməliyyatları 6–12 ay çəkə bilər. Onun fikrincə, “Lukoyl”un aktivləri qeyri-dost ölkələrdə 70%-ə, neytral və dost ölkələrdə isə 50%-ə qədər endirimlə təklif ediləcək.
Şirkətin səhmləri xarici aktivlərin satışına dair xəbərlərdən sonra 7%-dən çox dəyər itirib.
Ən əlverişli ssenari kimi Yaxın Şərq investisiya fondlarının sövdələşməyə cəlb edilməsi göstərilir. Ekspertlər hesab edirlər ki, “Lukoyl” ABŞ və Aİ-dəki aktivlərindən imtina edəcək, lakin MDB və Yaxın Şərqdəki törəmə şirkətlərini saxlamağa çalışacaq.
Xatırladaq ki, ötən həftə ABŞ Maliyyə Nazirliyinin OFAC idarəsi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də onların törəmə müəssisələrini Xüsusi Təyin Olunmuş Vətəndaşlar Siyahısına (SDN) daxil edib. Oktyabrın ortalarında Böyük Britaniya da Rusiya neft şirkətlərinə qarşı oxşar sanksiyalar tətbiq edib.
Onu da qeyd edək ki, “Lukoyl”un Azərbaycandakı törəmə şirkəti “LUKOIL-Azərbaycan” QSC 1993-cü ildə yaradılıb və bu, “Lukoyl”un ilk xarici layihəsi olub. Hazırda şirkətin 87 yanacaqdoldurma məntəqəsi, 1 neft bazası və təxminən 500 əməkdaşı var. Bundan başqa, “Lukoil” BP-dən sonra “Şahdəniz” layihəsində ən böyük – 19,99% paya sahibdir. Həmçinin, “Lukoil” Cənubi Qafqaz Boru Kəmərində də 19,99% iştirak payına malikdir.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Oktyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri