Macarıstan NATO hədəflərinə sadiqdir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Budapeşt, 3 fevral, AZƏRTAC
Geosiyasətdə yeni era başlayıb. Heç kimin ağlına gəlməzdi ki, XXI əsrdə Avropaya müharibə qayıdacaq. Nə qədər inkar etməyə çalışsaq da, bu, danılmaz faktdır.
AZƏRTAC xəbər verir ki, bunu bazar ertəsi Şimali Atlantika Alyansının iclasında iştirak etmək üçün Brüsselə səfər edən Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bəyan edib.
“Hazırda biz yeni reallıqda yaşayırıq və bu reallıq Avropanın təhlükəsizliyinə sadiq qalmağımıza haqq qazandırır”, - deyə nazir əlavə edib. O qeyd edib ki, ölkəsi NATO-nun fəal iştirakçısıdır və ÜDM-in təxminən 2 faizini müdafiəyə xərcləyir. “Biz daim müdafiə sənayemizi inkişaf etdiririk. Alyansın əməliyyatlarında mindən çox hərbçimiz iştirak edir”, - deyə Siyarto xatırladıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Baxış sayı:68
Bu xəbər 03 Fevral 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















