“Macarıstana “Drujba” ilə tədarük gələn həftə bərpa olunacaq Madyar
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya neftinin Macarıstana “Drujba” boru kəməri ilə tədarükü gələn həftə bərpa oluna bilər.
525.az xəbər verir ki, bunu Tisa Partiyasının lideri, tezliklə Macarıstanın Baş naziri olacaq Peter Madyar deyib.
O bildirib ki, bu barədə ona Ukrayna tərəfi ilə əlaqə saxlayan MOL neft-qaz şirkətinin rəhbəri Jolt Hernadi məlumat verib.
“Jolt Hernadi mənə “Drujba” boru kəmərinin gələn həftə fəaliyyətə başlaya biləcəyini dedi. O, həmçinin Xorvatiyadan Adriatik Boru Kəməri vasitəsilə neft tədarükünün həyata keçirildiyini, buna görə də yaxın və ya uzaq gələcəkdə heç bir təchizat problemi olmayacağını söylədi", - deyə Madyar qeyd edib.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:Avqustun 28 də Rusiya neftinin Drujba vasitəsilə Macarıstana nəqli bərpa olunacaq
28 Avqust 2025 07:40
Ukrayna “Drujba”nı vurdu Macarıstana neft axını dayandı
11 Mart 2025 23:59
Rusiya neftinin “Drujba” kəməri ilə Macarıstana nəqlinə başlanılıb YENİLƏNİB
22 Aprel 2026 16:50
Rusiya kəşfiyyatçıları Macarıstana göndərib Madyar
08 Mart 2026 11:50
Baxış sayı:184
Bu xəbər 17 Aprel 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















