Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Maduro ilə bağlı İranı sevindirən detal: qoşunlar geri çəkildi, qərar dəyişdi

Maduro ilə bağlı İranı sevindirən detal: qoşunlar geri çəkildi, qərar dəyişdi

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ ordusuna məxsus altı yanacaqdoldurma təyyarəsi Qətərdəki Əl-Udeyd aviabazasını tərk edərək cənuba doğru istiqamət götürüb. Bundan əvvəl isə ABŞ hərbçiləri bölgədə vəziyyətin kəskinləşməsi fonunda hərbi bazaların ərazilərini tərk etməyə başlayıblar.

Eyni zamanda, uçuşları izləmə xidməti Almaniyanın NOTAM aviasiya xəbərdarlığı verdiyini və Almaniya aviaşirkətlərinə İran hava məkanına daxil olmaqdan çəkinmələrini tövsiyə etdiyini bildirir. Həmçinin Böyük Britaniya da Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti dayandırmaq qərarını açıqlayıb.

ABŞ Prezidenti Donald Trampın ötən gecə İranda qətliamlar və edamların dayandırıdığını deməsi isə ayrıca müzakirələrə səbəb olub.

Beləliklə, ABŞ İrana hücum etməyəcək? Tramp Tehran hökuməti ilə gizli razılaşma əldə edib?

Globalinfo.az-a danışan siyasi şərhçi Bakir Həsənbəyli deyib ki, ABŞ Yaxın Şərqdə lazımi hərbi imkanlara malik olmadığı üçün İrana qarşı hərbi əməliyyatlara başlamaqda tərəddüd edir:

“Venesueladakı əməliyyatlar səbəbindən bölgədə yerləşən Amerika qoşunları və gəmiləri Karib dənizinə köçürülüb. Ötən il Yaxın Şərqə göndərilən hava hücumundan müdafiə sistemləri Cənubi Koreyaya qaytarılıb. Lakin ABŞ administrasiyasının rəsmiləri özləri bildirirlər ki, heç bir böyük qoşun və ya avadanlıq hərəkəti planlaşdırılmır. Hərbi əməliyyat başlasa, ABŞ-ın İran silahlarının əhatə dairəsində olan qoşunlarını qorumaq üçün kifayət qədər hava hücumundan müdafiə imkanları olmayacaq.

Pentaqon Qətərdəki Əl-Udeyd hava bazasında 10 min Amerika əsgəri, eləcə də İraq, Suriya və İordaniyada daha kiçik kontingentlər yerləşdirib. Vaşinqtonun bu qoşunları potensial raket zərbələrindən qorumaq üçün çox az imkanları var. ABŞ-ın imkanları hazırda İslam Respublikasındakı nüvə obyektlərinə hücum etdiyi ötən ilin iyul ayı ilə müqayisədə daha məhduddur. ABŞ prezidenti Donald Tramp İran ərazisinə hava hücumları əmri verə bilər. Lakin o, Venesuela Prezidenti Nikolas Maduronun həbsindən qısa müddət sonra belə bir hücumun ölkəni yeni müharibəyə sürükləyib-sürükləməyəcəyini düşünən qanunvericiləri də nəzərə almalıdır. Trampın İranla bağlı müxtəlif variantları var”.


Bakir Həsənbəyli 

Siyasi şərhçi bildirib ki, Vaşinqton İrana zərbə endiriləcəyi təqdirdə mümkün hədəflər barədə Avropadakı müttəfiqlərindən kəşfiyyat məlumatları alınmalıdır:

“Tramp administrasiyası həmin ölkələrdən İrandakı mümkün hədəflərlə bağlı kəşfiyyat məlumatlarını paylaşmalarını istəyir. Hazırda nüvə obyektlərinə zərbə endiriləcəyinə dair hər hansı bir hərəkətlənmənin olmadığı bildirilir. ABŞ İrana qarşı hərbi eskalasiyaya getməkdə ciddi əməliyyat məhdudiyyətləri ilə üzləşib. Hərbi resursların Yaxın Şərqdən qismən çıxarılması Vaşinqtonun paralel qlobal riskləri idarə etmək məcburiyyətində qaldığını ortaya qoyur.

Bu vəziyyətlə əlaqədar Tramp administrasiyasının “bütün variantlar masadadır” ritorikası praktik reallıqla tam uzlaşmır. Avropa müttəfiqlərindən kəşfiyyat məlumatı istənilməsi isə ABŞ-nı hələlik siyasi-diplomatik və planlama mərhələsində olduğunu göstərir. Ümumilikdə, mövcud mənzərə İranla bağlı hərbi qərarların daha çox daxili siyasi hesablamalar və risklərin balansı fonunda gecikdirildiyini göstərir.

Əgər İran ABŞ-ın regiondakı hərbi bazalarına və ya neft obyektlərinə hücum edərsə, ABŞ buna adekvat cavab verə bilər. Böyük Britaniyanın İrandakı səfirliyi ilə bağlı qərarı isə etirazçılara qarşı zorakılıq tətbiqi barədə daxil olan xəbərlər fonunda qəbul olunub. Bu addım situasiyanın bütün ciddiliyini vurğulamaq məqsədi daşıyır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see235

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see157

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see153

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see153

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see147

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see143

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri