Hakimlərin xidməti vəsiqələri ilə bağlı yenilik
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hakimlərin xidməti vəsiqəsinin nümunəsini Məhkəmə-Hüquq Şurası təsdiq və təqdim edəcək.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlara dəyişiklikləri təsdiqləyib.
Sənədə əsasən, hakimlərin xidməti vəsiqəsinin nümunəsinin Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilməsi və Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilməsi müəyyən edilib.
Buna uyğun olaraq, "Hakimlərin xidməti vəsiqəsi haqqında" qanunun və həmin qanun təsdiq edilən eyniadlı Əsasnamə ləğvi təklif olunub.
Xatırladaq ki, buna qədər hakimlərin xidməti vəsiqələrinin nümunələri Milli Məclis tərəfindən müəyyən edilirdi.
Baxış sayı:91
Bu xəbər 15 Yanvar 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















