Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.
Ölkə.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə "Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.
Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Yanvar 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















