Magistratura imtahanında narazılıq və çaşqınlıq yaradan suala AYDINLIQ GƏTİRİLDİ
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün keçirilən magistratura imtahanının birinci cəhdində test suallarından biri imtahan verənlərin narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, sözügedən sual sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Müzakirənin səbəbi və yaranan çaşqınlığa səbəb isə Dövlət İmtahan Mərkəzinin (DİM) analogiyaya aid "il-rüb; estafet-?" sualında "?" işarəsinin yerinə doğru cavab kimi "mənzil" variantını götürməsi olub.
DİM Oxu.Az-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirib və "mənzil" variantının doğru olduğunu təsdiqləyib:
"Magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırığının analoji izahı, cavabın əsaslandırılması belədir - Azərbaycan dilinin izahlı lüğəti
İl sözünün mənası:
Yer kürəsinin Günəş ətrafında bir dəfə dövr etdiyi müddət (yanvarın 1-dən başlayaraq hesablanan 12 aylıq dövr).
Rüb sözünün mənası:
İlin dörddə biri.
Estafet sözünün mənası:
Komandaların qaçış, üzgü və s. yarışı (bu yarışda iştirakçılar müəyyən mənzillərdə bir-birini əvəz edir və bir-birinə müəyyən şey ötürürlər.
Mənzil sözünün mənası (ikinci):
Gedilən yolun bölündüyü hissələrdən biri; mərhələ", - deyə açıqlamada qeyd olunub.
Əzizə İsmayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















