Icma.az
close
up
RU
Mahmud Kaşğari və türkçülük məfkurəsi: Azərbaycandan baxış

Mahmud Kaşğari və türkçülük məfkurəsi: Azərbaycandan baxış

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Məfkurə - fikir, düşüncə, görüşdür. Məfkurə - hər millətin öz varlığını dərk etməsi və idrakdır. Məfkurələr millətlərin vicdanından doğur. XI yüzillikdə yaşamış Mahmud Kaşğari (1029-1126) elm aləmində “Divanü Lüğat-it-Türk” əsəri ilə məşhurdur. O, türk dillərinin ilk sözlüyü sayılan həmin əsəri 1077-ci ildə yazıb. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir. M. Kaşğarinin türklərin qarşısında ən böyük xidməti odur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir. Lüğət ərəb dili qrammatikası üslubunda hazırlasa da, məqsədi müsəlmanlara, əsasən də ərəblərə türk dilini öyrətməkdən ibarət olub.

Bu fikirlər Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə İsmayılovanın “Mahmud Kaşğari və türkçülük məfkurəsi: Azərbaycandan baxış” məqaləsində əks olunub. AZƏRTAC məqaləni təqdim edir.

Qaraxanlılar sülaləsinə məxsus şahzadə olan M.Kaşğari Buğra xanın altıncı nəslindəndir. “Divanü Lüğət-it-Türk” (“Türk dillərinin divanı”) əsəri türk millətinin şanlı, şərəfli bir abidəsidir. Ərəblərin türk dilini öyrənməsi məqsədilə yazılmış bu əsər türk dili və ədəbiyyatının ilk ana qaynağı və özülüdür. “Divan” Qaraxanlılar mühitində dövlət və idarə dili sayılan türk dilini öyrənmək zərurəti və ehtiyacından yaranıb. Müəllifə görə, tanrı türkləri üstün yaradlb, onları yer üzünə hakim edib, özlərinə gözəllik və igidlik dəyərləri verib.

XI əsrdə Mahmud Kaşğarinin ərəb dilində yazdığı “Divanü lüğat-it-Türk” (“Türk dillərinin qamusu”) türk dilini, türk mədəniyyətini, türk folklorunu, türk adət-ənənələrini, türk etnoqrafiyasını, türkün milli-mənəvi dəyərlərini, coğrafiyasını, tarixini, iqtisadiyyatını, psixologiyasını, sosial münasibətlərini və nəhayət, türkün milli kimliyini ərəblər arasında yaymağa və türkü tanıtmağa xidmət edirdi. “Divan” ərəblərin türk dilini öyrənməsi arzusu ilə yazıldığına görə, burada şərh və izahlar ərəbcə, söz, ifadə və bədii örnəklər isə türk dilindədir. Türkcə kəlmələr də ərəb lüğətçiliyi ənənələri əsasında düzülüb və tərtib edilib. Bununla belə “Divan” adi bir lüğət kitabı deyil. Bu sözlük XI yüzilliyə qədər keçib gələn türk dili, ədəbiyyatı, tarixi, coğrafiyası və s. elmlərinin ensiklopediyasıdır. Məhz buna görə də M.Kaşğari “türkologiyanın babası” sayılıb, onun tarixi xidməti yüksək qiymətləndirilib.

M.Kaşğari türk dilinin gələcəyinə inanır, onun ərəb dili ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğunu inamla bəyan edirdi. “Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif yazırdı: “Həmən bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, yalnız unudulmuş kəlmələri bu kitaba aldım. Türk dilinə sonradan girmiş sözləri yazmadım”. Yabançı sözləri yox, ancaq təmiz türk sözlərini lüğətə daxil edən M.Kaşğari doğru bir elmi yol tutmuşdur. Bununla belə o, kəlmələri sözdə işlənən hərflərin sayına görə bölürdü, üç, dörd və beş hərfli sözləri ayrıca başlıqlar altında verib.

“Divan”dan görünür ki, XI yüzillikdə türk dillərində on mindən artıq söz işlənmişdir. Əlbəttə ki, onlar alınma deyil, türk dilinin özünə məxsus sözlərdir. Böyük bir imperiyanın dövlət dili olan türk dilində alınma sözlər də yox deyildi. Müəllifin belə sözlərə üz tutmaması “Divan”ın ərəblərin türk dilini, məhz türkün ana sözlərini öyrənmək arzusu ilə yazıldığından irəli gəlirdi.

“Divan” iki bölmədən ibarətdir: giriş və sözlük bölmələri. Girişdə sözlüyün yazılması səbəbi, müəllifin iş üsulu və topladığı örnəklər barəsində bəhs açılır. Habelə türk boyları, onların dilində olan sözlərin qurulması və düzülüşü haqqında məlumat verilir. M. Kaşğarinin “Divan”ı ədəbi-tarixi baxımdan da əvəzsiz bir abidədir.

Divanda üç yüzdən artıq dördlük formasında yazılmış şeir parçası öz əksini tapıb. M.Kaşğari həmin şeirlərin haradan və necə toplandığını bildirməklə yanaşı, onlara xüsusi məna verirdi: “Mən bu kitabı əlifba tərtibində hikmətli sözlər, səslər, məqallar, qoşuqlar, rəcəz və nəsrə dair ədəbi parçalarla bəzədim”.

“Divan”da manilərin müəllifi, əlbəttə ki, bəlli deyil. Onların çoxunun naməlum şair və ozanlar tərəfindən yazılmasını inkar etmək olmaz. M.Kaşğari həmin şeir müəlliflərindən fəqət Çuçu adlı birisinin adını çəkib. Şübhə doğurmur ki, “Divan”da olan şeirlərdən bəziləri Çuçunun qələmindən çıxıb...

Türk şeirinin ən əski örnəyi Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıda onun ölümündən türk ellərinin kədərlənməsi, yasa batması göz yaşları ilə təsvir edilir.

“Divan”da maldarlıq və ovçuluğun tərifi, sevgi şeirləri, nəsihətamiz misra və beytlər də vardır. “Divan”da bütün dördlüklər axıcı, təbii və canlı bir dildə yazılıb.

Türk dilinin saflığını qoruyub saxlayan M.Kaşğari bu dilin hansı ölkələrdə yayılması və dövlət dili kimi işlənməsini də xəbər verir.

M.Kaşğari türk ləhcələrini təsnif edərək onları iki yerə ayırır: xaqaniyyə və oğuz ləhcələri. Xaqaniyyə Kaşğar, Balasaqun şəhərləri və Qaraxanlılar dövlətinin dilidir. Oğuz ləhcəsi isə oğuz, qıpçaq, yemək, peçeneq və bulqar türklərinin ləhcəsi sayılırdı.

Müəllifin “Divan”ı ortaq abidə kimi bu gün də bütün türk xalqları tərəfindən sevilir, öyrənilir, haqqında elmi araşdırmalar aparılır. Bu əsər bir daha təsdiq edir ki, yüzilliklər boyu türk xalqlarının dili, ədəbiyyat və mədəniyyəti müştərək olmuş, vahid ədəbi-tarixi ənənə və qaynaqlara əsaslanıb.

Onu da xüsusi olaraq qeyd etməyə dəyər ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olub və “Divan”da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan da “ərzi Azərabadqan” şəklində göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri