Icma.az
close
up
RU
Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüş olub

Koreyada təhsil alan azərbaycanlı tələbələrlə görüş olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

Koreya Respublikasının İnçeon şəhərində İnha Universiteti və Bakı Mühəndislik Universiteti arasında həyata keçirilən ikili diplom proqramı əsasında təhsil alan azərbaycanlı tələbələrlə görüş olub.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin dəstəyi ilə baş tutan görüşdə Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi Nərmin Dadayeva və ölkəmizin Koreyadakı səfirliyinin əməkdaşı Vüsalə Zeynallı da iştirak ediblər.

Tələbələrə komitənin və fondun fəaliyyət istiqamətləri, həyata keçirilən irihəcmli layihələr haqqında ətraflı məlumat verilib. Eyni zamanda, icma və tələbələrin fəaliyyətinin daha da genişlənməsi məqsədilə diaspor xarakteri daşıyan təklif və ideyalar müzakirə olunub, mövcud problemlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin onların bu sahə ilə bağlı sualları cavablandırılıb. Azərbaycan diasporunun dünyada gördüyü işlər, diaspor təşkilatlarının fəaliyyəti və milli həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.

Tələbələr müxtəlif istiqamətlər üzrə öz layihələri və ideyaları haqqında fikirlərini bölüşüblər. Belə görüşlərin Cənubi Koreyada yaşayan azərbaycanlı gənclərin birliyinin gücləndirilməsi və onların Azərbaycan diaspor hərəkatına inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Qeyd edək ki, tədbirin təşkilində İkili Diplom Proqramının Azərbaycan tərəfindən proqram direktoru Humay Cəfərlinin, eyni zamanda, Cənubi Koreyadakı Azərbaycan icmasının fəal üzvləri Leyla Məsimli və Əzizə Hüseynzadənin də xüsusi rolu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see256

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see246

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see241

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see238

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see228

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see226

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see224

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see214

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see200

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see199

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see199

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see198

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see197

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see192

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see191

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see188

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see186

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri