Icma.az
close
up
RU
Mahmud Kaşğarlıya həsr olunmuş beynəlxalq konfrans keçirilib FOTO

Mahmud Kaşğarlıya həsr olunmuş beynəlxalq konfrans keçirilib FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Odlar Yurdu Universitetində  ADPU Türkoloji Mərkəz, Mahmud Kaşğarlı adına Beynəlxalq Fond, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Respublikası Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu – İKSAD-ın təşkilatçılığı ilə “Mahmud Kaşğarlı: 2-ci beynəlxalq elm, mədəniyyət və təhsil konfransı” keçirilib.

Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsərinin 950 illiyi münasibətilə təşkil edilən beynəlxalq mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Beynəlxalq konfrans türk dünyasının birliyi, qarşılıqlı əlaqələri və mədəni irsə verilən böyük diqqəti nümayiş etdirən əlamətdar bir tədbir oldu. Bu konfrans yalnız Kaşğarlının həyatını və irsini araşdırmağa olan marağı göstərməklə qalmadı, həm də Türk xalqlarının ümumi tarixinin, mədəniyyətinin və dil birliyinin önəmini bir daha vurğuladı.

Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun rəhbəri, millət vəkili  Cavanşir Feyziyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, İKSAD-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Əlvan Cəfərov və digər çıxışçılar qeyd etdilər ki,  Mahmud Kaşğarlının “Divanü lüğət-it-türk” əsəri yalnız dilçilik və etimologiya baxımından deyil, həm də türkdilli xalqların sosial və mədəni həyatını öyrənmək üçün vacib bir mənbədir. Kaşğarlının bu əsəri türk dilinin müxtəlif dialektlərini, onların fərqliliklərini və oxşarlıqlarını təqdim etməklə yanaşı, türk xalqlarının mədəniyyətini, tarixini və coğrafiyasını əks etdirir. Bu baxımdan əsərin 950 illiyi münasibətilə keçirilən beynəlxalq konfrans türk dünyasının dil və mədəniyyətinə olan marağı daha da artırır və bu irsin tədqiqinə yeni bir impuls verir.

Beynəlxalq mərasimdə ADPU Türkoloji Mərkəzin nəşri “Mahmud Kaşğarlı” beynəlxalq elmi jurnal da təqdim olundu. Jurnalı ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın təsisiçiliyi və baş redaktorluğu ilə nəşr edilir və 2 sayı işıq üzü görüb.

Rəsmi hissədən sonra konfrans bölmələrdə işini davam etdirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri