Icma.az
close
up
RU
Majoritar seçki sistemi təsadüfi insanların parlamentə düşməsinə icazə verir Tural Abbaslı

Majoritar seçki sistemi təsadüfi insanların parlamentə düşməsinə icazə verir Tural Abbaslı

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Belə olan halda kimin pulu varsa, seçiciləri cəlb etmək üçün qeyri-siyasi rıçaqlardan istifadə edir


Yeni Azərbaycan Partiyası kadr belə yetişdirə bilmir. Çünki rəqabət yoxdur və partiyların siyasətdə rolu azalıb

“Əminliklə deyə bilərəm ki, bu gün majoritar seçki sistemi təmsilçilik seçici ilə öz seçdiyi deputat arasında həm əlaqə, həm də məsuliyyət yaradır.” 

Bunu Milli Məcılisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirdiyi elmi-praktik konfransda komitənin sədri Əli Hüseynli deyib. Əli Hüseynli bildirib ki, vaxtilə proporsional seçki sistemində vətəndaş və deputat arasında məsuliyyət yox idi: “101-ci maddə ilə bağlı referendum keçirəndə bizi çox tənqid edirdilər. Bizim məntiqimiz və arqumentimiz isə sadə idi. Biz kimsəyə bir neçə dəfə seçilmək üçün imkan tanımırdıq. Biz seçən üçün imkan yaradırdıq, seçilən üçün yox. Biz xalqa seçmək hüququ verirdik. Bu gün Prezident İlham Əliyev ən yüksək reytinqdədir. Nəticə onu göstərir ki, biz düzgün yolda olmuşuq”.


Ağ partiyanın sədri Tural Abbaslı Sherg.az-a bildirib ki, millət vəkilinin işi qanun qəbul etməkdən ibarətdir:

“Millət vəkili bələdiyyə, icra hakimiyyəti orqanı, Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı deyil ki, bütün gün vətəndaşlarla qaz, su, işıq və yol problemini həll etsin. Millət vəkili təbii ki, vətəndaşlarla ünsiyyətdə ola və insanların sosial sifarişini ala bilər. Lakin buna görə millət vəkilini bir majoritar seçki dairəsinə bağlamaq düzgün deyil. Həmin halda isə məsələn, hansısa şəxs Azərbaycan Respublikasının İmişli rayonunun millət vəkilidirsə, həmin əraziylə bağlı qanun qəbul etməlidir. Bu yanaşma isə düzgün deyil, dünyanın bir çox yerində  majoritar seçki sistemi köhnəlmiş sayıldığına görə sıradan çıxıb. Majoritar seçki sistemi təsadüfi insanların parlamentə düşməsinə icazə verir. Belə olan halda kimin pulu varsa, seçiciləri cəlb etmək üçün qeyri-siyasi rıçaqlardan istifadə edir. Amma proporsional seçki sistemində siyahıları partiyalar hazırlayırdı. Proporsional seçki sistemində insanlar şəxslərə deyil, siyasi xətlərə səs verirlər. Həmin halda  proporsional şəkildə seçilən heç kəs seçicilərlə görüşməyəcəyini söyləyə bilməzdi. Əksinə olaraq   proporsional formada seçilən millət vəkili 125 dairənin hamısına cavabdeh ola bilər. Majoritar seçki sistemi partiya sistemini iflic hala salıb və Azərbaycanda çoxpartiyalı sistemi zəiflədib. Hazırda Yeni Azərbaycan Partiyası (YAP) kadr belə yetişdirə bilmir. Çünki rəqabət yoxdur və partiyların siyasətdə rolu azalıb. Türkiyə, Gürcüstan və Ermənistanda belə hansısa şəxsə deyil, partiyaya səs verilir. Həmin partiyada müvafiq posta uyğun gördüyü adamı qoyurlar. Bu gün parlamentdə 40-dan artıq bitərəf deputatlar var. Onların məsuliyyətini isə heç kəs daşımır. Seçkidən limitin olmasına qaldıqda isə düşünürəm ki, bir şəxs ədalətli şəkildə seçilirsə, qoy qəbul olunsun. Limitin olmasını demokratik hesab etmirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri