Icma.az
close
up
RU
Makron Yupiter taxtı nı və legitimliyini itirir: Fransanın çöküşü Avropanı da bataqlığa çəkir

Makron Yupiter taxtı nı və legitimliyini itirir: Fransanın çöküşü Avropanı da bataqlığa çəkir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Prezident Emmanuel Makronun Parisdə yaşadığı siyasi xaos Brüsseldə də rezonans yaradır, Avropa Birliyi artıq Fransasız qərarlar qəbul etməyə də başlayıb... Çünki Fransadakı “siyasi sirk”in arxasında açıq-aşkar sistem böhranı dayanır və ikiqütblü siyasi idarəçilik modeli (sol və sağ) çökmüş vəziyyətdədir, “mərkəzçi vertikal” isə xalqın real dəstəyini artıq itirib...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Fransada siyasi böhran dərinləşir. Bu müstəmləkəçi ölkənin parlamentində çoxluğu və cəmiyyətin etimadını sürətlə itirən prezident Emmanuel Makron hazırda ən çətin dövrlərindən birini yaşayır. Son ictimai rəy sorğularına görə, fransızların cəmi 14 faizi Fransa prezidentinə etibar edir. Bu, Makron hakimiyyətinin bütün idarəçilik dövrləri üçün ən aşağı göstəricidir. Və sabiq prezident Fransua Ollandın antirekordu ilə müqayisə olunur.

Onu da qeyd etmək lazımdır ki, Fransanın dövlət başçısı Emmanuel Makronun ikinci prezidentlik dövründə “Yupiter modeli” adlandırılan avtoritar idarəçilik üslubu artıq tükənmək üzrədir. Çünki hazırda Makron hakimiyyətinin Fransa parlamentdə sabit çoxluğu və effektiv hökumət koalisiyası yoxdur. Və vaxtilə “sarı jiletlilər” hərəkatından enerji böhranına qədər davam edən sosial gərginlik, indi artıq siyasi sistem böhranına çevrilib.

Maraqlıdır ki, Fransanın ultrasağçı “Milli Birlik” Partiyasının lideri Marin Le Pen siyasi vəziyyəti “sirk” adlandıraraq, prezident Emmanuel Makronu dövlət institutlarını hörmətsiz yanaşmaqda günahlandırıb. Onun fikrincə, “əslində, Fransanın məhkum olduğu bu "siyasi sirk"in yeganə səbəbi məhz prezident Emmanuel Makronun dövlət qurumlarının səlahiyyətini sabotaj etməsinin nəticəsidir: "O, dövlət institutlarına qarşı çıxmaqla, əslində, fransız xalqına qarşı çıxır. Bu, acınacaqlı və ümidsiz bir "siyasi tamaşa" olmaqla yanaşı, həm də, siyasətə və ölkəyə zərər vurur, həmçinin prezident Emmanuel Makronun beynəlxalq imicini də məhv edir.”

Ona görə də, Le Pen prezident Emmanuel Makronu ya parlamenti buraxmağa, ya da istefa verməyə çağırır. Müxalifət liderinin bu sərt ritorikası isə onun “xalqın müdafiəçisi” imicini daha da gücləndirir və 2027-ci ildə keçiriləcək növbəti prezident seçkiləri üçün strateji mövqelənmə imkanlarını genişləndirir. Bu baxımdan, belə dərin siyasi böhranın qarşılığında prezident Emmanuel Makron ən qısa zaman ərzində yeni və daha effektiv hökuməti formalaşdırmaq barədə düşünmək məcburiyyətində qalıb.

Ancaq bu, o qədər də asan məsələ deyil. Çünki hər bir siyasi seçim böyük risk daşıyır. Makron hakimiyyəti isə hazırda “soldan təzyiq, sağdan müqavimət” dilemması ilə üz-üzədir. Ona görə də, prezident Emmanuel Makron indi “siyasi qarşıdurmalardan daha yuxarıda” görünəcək bir fiqur tapmağa çalışır. Halbuki, siyasi elitada prinsipial konsensus əldə edilməzsə, növbəti baş nazirin də tezliklə istefa verməsi qaçılmaz xarakter daşıya bilər.

Onu da qeyd etmək lazımdır ki, prezident Emmanuel Makrona qarşı onu dəstəkləyən siyasi düşərgənin daxilindən də ciddi tənqidlər səsləndirilməyə başlayıb. Belə ki, prezident Emmanuel Makronun partiyasının keçmiş lideri və sabiq baş nazir Qabriel Attal "France 2" telekanalında açıq bəyanatla çıxış edərək, Fransa liderinə sərt xəbərdarlıq edib. O, bildirib ki, mövcud siyasi böhrandan çıxmaq üçün hakimiyyət mütləq paylaşılmalıdır və hər şeyi nəzarətdə saxlamaq istəyinin sadəcə, görüntüsünü yaratmaqla siyasi problemləri həll olmaz. Qabriel Attalın bu fikirləri prezident Emmanuel Makronun öz düşərgəsində də narazılıq və siyasi məyusluğun dərinləşdiyini göstərir. Və bu, həm də hakim partiyanın daxilində liderlik böhranının da əlaməti sayılır.

Digər tərəfdən, Fransadakı hakimiyyət böhranı ölkə mediasında və ictimai çevrələrdə də prezident Emmanuel Makrona qarşı "təzyiq pəncərəsi" açır. Belə ki, prezident Emmanuel Makronun üzləşdiyi siyasi böhran artıq təkcə siyasi çevrələrdə deyil, mediada da ciddi rezonans doğurmağa başlayıb. Hər halda, Fransanın nüfuzlu media qurumları  prezidentin istefasına yönəlik çağırışları artıq açıq mətnlə gündəmə gətirməyə çalışırlar. Və bu, Fransa mediasının tarixində nadir hadisə hesab olunur, eləcə də prezident Emmanuel Makrona qarşı ictimai narazılığın miqyasını göstərir.

ec785e364d9149cab7d1aba7cf46ab37.jpg (105 KB)

Təbii ki, Fransada baş verənlər Avropa Birliyi üçün də təsirsiz ötüşmür və irəlidə daha ağır nəticələr vəd edir. Belə ki, Fransa prezidenti Emmanuel Makron Avropa Birliyində uzun müddətdən bəri “strateji muxtariyyət”in əsas ideoloqu kimi çıxış edirdi. Ancaq daxili siyasi qeyri-sabitlik fonunda onun Avropa Birliyindəki liderlik mövqeyi də ciddi şəkildə zəifləməyə başlayıb. Bu isə öz növbəsində Almaniyanın diplomatik çəkisinin artması, Fransa isə daxili böhranla məşğul olduğu üçün xarici siyasətdə passivləşməsi ilə müşahidə olunur.

Beləliklə, prezident Emmanuel Makronun Parisdə yaşadığı siyasi xaos Brüsseldə də rezonans yaradır. Hər halda, Avropa Birliyi artıq Fransanın mövqeyi nəzərə alınmadan da qərarlar qəbul etməyə başlayıb. Çünki Fransadakı “siyasi sirk”in arxasında açıq-aşkar sistem böhranı dayanır. Üstəlik, prezident Emmanuel Makronun üzləşdiyi legitimlik böhranı indi yalnız onun şəxsi uğursuzluğu deyil və Qərb ekspertlərinə görə, bu, Fransa Respublikasının beşinci modelinin struktur zəifliyidir. Və ikiqütblü siyasi sistem (sol və sağ) çökmüş vəziyyətdədir, “mərkəzçi vertikal” isə xalqın real dəstəyini artıq itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Oktyabr 2025 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri